Bütün xəbərlər
İlham Əliyev: "Azərbaycan və Rusiya iqtisadi əməkdaşlığı genişləndirməyi planlaşdırır
Tarix: 13-06-2018 15:48 | Bölmə: Manşet
                       

Rusiya prezidenti Vladimir Putin və Azərbaycan Prezidenti İlham Əliyev Moskvada keçirdikləri görüşdə iki ölkə arasında iqtisadi, siyasi və humanitar əməkdaşlığın yaxşı səviyyədə olduğunu qeyd ediblər.
Bu barədə "Report" "RİA Novosti"yə istinadən xəbər verir.
"Ötən il ərzində ticarət dövriyyəsində 34,4% artım qeydə alınıb, bu ilin birinci rübündə isə daha 19% artım olub. Başqa sözlə, bu, çox yaxşı tempdir, bunu davam etdirməliyik. Ölkələrimiz arasında siyasi münasibətlər də sabitdir, parlamentlər səviyyəsində daimi əlaqələr mövcuddur, ictimai təşkilatlar xətti ilə humanitar əlaqələr inkişaf edir", - V.Putin bildirib.
Prezident İlham Əliyev isə, öz növbəsində, Azərbaycan və Rusiyanın iqtisadi əməkdaşlığı genişləndirməyi planlaşdırdığını qeyd edib.


Baxış sayı: 326


Bölməyə aid digər xəbərlər