Bütün xəbərlər
Tbilisidə kütləvi aksiyalar yenidən başlanıb
Tarix: 03-06-2018 19:33 | Bölmə: Manşet
                       

Tbilisidə "Öldürmə" devizi altında başlanan kütləvi etiraz aksiyası iyunun 3-də saat 18:00-da yenidən başlayıb.
"Report"un Gürcüstan bürosu xəbər verir ki, əvvəlki iki gün ilə müqayisədə bu gün mitinqə gələnlər daha kəskin bəyanatlar verməyə başlayıblar.
Zaza Salavidzeyə dəstək vermək üçün Gürcüstanın əsas müxalifət partiyası olan Vahid Milli Hərəkat, Yeni Gürcüstan və digər siyasi partiyalar da mitinqə qoşulublar.
Zaza Salavidze bildirib ki, mövcud hakimiyyət onun tələbini tam yerinə yetirmədiyi üçün hökumətin istefası əsas tələb olacaq.
Hazırda aksiyada 1500 nəfərdən çox adam iştirak edir. Axşama doğru onların sayının 10 mindən çox olacağı bildirilir.


Baxış sayı: 383


Bölməyə aid digər xəbərlər