12:32 / 29-05-2020
TƏBRİK EDİRİK!
Tramp: "İkinci dalğa baş verərsə, iqtisadiyyatı dayandırmayacağıq"
Tarix: 22-05-2020 11:08 | Bölmə: Manşet

                     Tramp: "İkinci dalğa baş verərsə, iqtisadiyyatı dayandırmayacağıq"

ABŞ prezidenti Donald Tramp, yeni koronavirusun (COVID-19) ikinci dalğası vəziyyətində ölkə iqtisadiyyatını dayandırmayacaqlarını açıqlayıb. 
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, Donald Tramp, Miçiqan ştatında "Ford"un istehsal müəssisəsində olarkən jurnalistlərin suallarını cavablandırıb. 
Jurnalistin, "İkinci bir COVID-19 püskürməsi barədə narahat olursunuz?" sualına,  "İnsanlar bunun uzaq bir ehtimal olduğunu söyləyirlər. Ancaq ikinci dalğa ortaya çıxsa, sakitləşəcəyik. Ölkəmizin iqtisadi fəaliyyətini dayandırmayacağıq"  deyə Donald Tramp cavab verib. 
Ölkəsinin epidemiya prosesindən çox şey öyrəndiyini qeyd edən Tramp, gələcək dalğalara son dərəcə hazır olduqlarını bildirib. 







Baxış sayı: 41


Bölməyə aid digər xəbərlər