Bütün xəbərlər
“Aprelin 20-dən sonra Azərbaycanda daha sərt qərarlar verilə bilər”
Tarix: 08-04-2020 19:43 | Bölmə: Manşet

                  “Aprelin 20-dən sonra Azərbaycanda daha sərt qərarlar verilə bilər”


“Bu dinamika qalarsa, karantin rejimi daha da sərtləşdirilə bilər”. 
“Qafqazinfo”nun verdiyi xəbərə görə, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib. 
O bildirib ki, nəinki aprelin 20-dən sonra karantin rejiminin yüngülləşdirilməsi, əksinə, sərtləşdirilməsi gözlənilir: “İnsanlar karantin rejiminə əməl etmir. Yoluxanlar və cərimələnənlər hər gün artır. Bu templə davam edərsə, aprelin 20-dən sonra ölkədə daha sərt qərarlar verilə bilər. Buna görə də vətəndaşlar karantin rejiminə əməl etməlidirlər. 
Dövlət üzərinə düşən hər şeyi edir. Kifayət qədər yüksək qiymətli testlər alınır. Müayinələrin sayı artırılır. Bu gün 63 nəfərin sağalması görülən tədbirlərin nəticəsidir. 
Amma vətəndaşlar qaydalara əməl etmir. İcazə məsələsindən sui-istifadə edirlər. Bu qaydalara da yenidən baxıla, məhdudiyyətlər daha da sərtləşdirilə bilər!. 


Baxış sayı: 332


Bölməyə aid digər xəbərlər