Bütün xəbərlər
Baş Nazirdən işsizlikdən sığorta ödənişi ilə bağlı qərar
Tarix: 07-04-2020 22:45 | Bölmə: Manşet

                   Baş Nazirdən işsizlikdən sığorta ödənişi ilə bağlı qərar

Baş Nazir Əli Əsədov “Koronavirus (COVİD-19) pandemiyası ilə mübarizə şəraitində dövlət məşğulluq xidməti qurumlarında işsiz kimi qeydiyyata alınmış şəxslərin sosial müdafiəsi haqqında” qərar verib.
"Qafqazinfo" xəbər verir ki,  qərara əsasən, 2020-ci il 1 aprel tarixinə işsizlikdən sığorta ödənişinin müddəti bitmiş işsiz şəxslərə minimum məbləğdə işsizlikdən sığorta ödənişi, habelə peşə hazırlığı prosesində fasilə yaranmış kursların müdavimlərinə verilən təqaüdün ödənişi Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin bitdiyi tarixdən sonrakı ayın 1-dək davam etdiriləcək.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu Qərardan irəli gələn məsələləri həll etməlidir.


Baxış sayı: 280


Bölməyə aid digər xəbərlər