Bütün xəbərlər
Sahil Babayev: Karantin dövründə bütün bankomatlarda sosial ödənişlər üçün faiz tutulmayacaq
Tarix: 07-04-2020 17:59 | Bölmə: Manşet

               Sahil Babayev: Karantin dövründə bütün bankomatlarda sosial ödənişlər üçün faiz tutulmayacaq


Karantin dövründə bütün bankomatlarda sosial ödənişlər üçün faiz tutulmayacaq.
Trend-in məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev deyib.
Onun sözlərinə görə, bununla bağlı bütün banklarla razılaşma əldə edilib:
“Əvvəllər bu faiz tutulurdu. Biz artıq banklarla bankomatlardan edilən sosial ödənişlər üçün faizlərin tutulmaması barədə razılaşma əldə etmişik. Bu, kömək edəcək ki, insanlar onlara ən yaxın olan istənilən bankın bankomatından öz ödənişlərini alsınlar”.




Baxış sayı: 485


Bölməyə aid digər xəbərlər