Bütün xəbərlər
Azərbaycan səfiri: “Dağlıq Qarabağ münaqişəsi regionda qeyri-sabitliyin əsas amilidir”
Tarix: 08-05-2018 10:10 | Bölmə: Manşet
                                                  “Beynəlxalq təşkilatların mövqeyinə baxmayaraq Ermənistan işğalçılıq niyyətindən əl çəkmir, status-kvonu saxlamağa çalışır”

“Dağlıq Qarabağ münaqişəsi regionda qeyri-sabitliyin əsas amilidir. Belə münaqişələr təhlükəsizliyə təhdiddir. BMT-nin Təhlükəsizlik Şurası Qarabağ münaqişəsi ilə bağlı dörd qətnamə qəbul edib, orada torpaqların işğaldan azad edilməsi qeyd edilir. Bundan başqa, NATO, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Parlamenti, GUAM da bu mövqedədir. Beynəlxalq təşkilatların bu mövqeyinə baxmayaraq Ermənistan işğalçılıq niyyətindən əl çəkmir, status-kvonu saxlamağa çalışır”.
“Report”un xəbərinə görə, bunu Bakıda keçirilən Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin XV iclasının ikinci sessiyasında Azərbaycan Respublikasının Xorvatiya Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Kamil Xasıyev deyib.
O qeyd edib ki, Ermənistanın dağıdıcı siyasəti nəticəsində bu münaqişə davam edir, ona görə bunun həlli sülh yolu ilə mümkün olmur: “Ermənistan Azərbaycanın cəbhəyanı kəndlərini atəşə tutur, orada mülki şəxslər də əziyyət çəkir. 2016-cı ilin aprelində də bu cür təxribata əl atıb, yaşayış məntəqələrini atəşə məruz qoyub”.


Baxış sayı: 378


Bölməyə aid digər xəbərlər