Bütün xəbərlər
Naxçıvan güləşçisi Hacı Əliyevin çıxışı “Günün döyüşü” elan edildi -VIDEO
Tarix: 07-05-2018 20:53 | Bölmə: Manşet


Xəbər verdiyimiz kimi, Rusiyada keçirilən güləş üzrə Avropa çempionatının beşinci yarış günündə Naxçıvan güləşçisi Hacı Əliyev (65 kq) avstriyalı, türkiyəli və sloveniyalı güclü rəqiblərini məğlub edərək finala yüksəlib.
Üçqat dünya çempionumuz bu mərhələdə Rusiya idmançısı İlyas Bekbulatovla qarşılaşıb. Gərgin keçən görüş Azərbaycan güləşçisinin qələbəsi ilə başa çatıb və idmançımız Hacı Əliyev növbəti dəfə Avropa çempionu tituluna sahib olub. Beynəlxalq Güləş Federasiyası Hacı Əliyevin çıxışını “Günün döyüşü” elan edib.
Naxcivantv.az həmin görüşdən olan vidematerialı təqdim edir:                                      

                                  


Baxış sayı: 512


Bölməyə aid digər xəbərlər