Bütün xəbərlər
Prezident: Tunis Azərbaycanla münasibətlərini möhkəmləndirmək niyyətindədir
Tarix: 07-05-2018 15:01 | Bölmə: Manşet


Bakı. Trend:
Tunis Prezidenti Beji Kaid əs-Sebsi Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Təbrikdə deyilir: "Zati-aliləri. Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi şəxsən öz adımdan və Tunis xalqı adından səmimi qəlbdən təbrik edirəm.
Zati-aliləri, qardaş Azərbaycan Respublikasının davamlı inkişafı və xalqınızın rifahı naminə ali dövləti fəaliyyətinizdə Sizə yeni-yeni uğurlar diləyirəm.
Bu xoş fürsətdən istifadə edərək, ölkələrimiz arasında mövcud olan dostluq və əməkdaşlıq münasibətlərini qardaş xalqlarımızın ortaq maraqları naminə daha da möhkəmləndirmək istiqamətində Sizinlə birgə işləmək niyyətində olduğumu bildirirəm".


Baxış sayı: 446


Bölməyə aid digər xəbərlər