Bütün xəbərlər
Tanınmış jurnalist:” Səhhətimdə ciddi problem olduğunu heç kəsin bilməsini istəmirdim…”
Tarix: 06-05-2018 21:59 | Bölmə: Manşet
“Səhhətimdə ciddi problem yarandı.Həkim müayinəsindən sonra dərhal əməliyyat olundum. Bu barədə heç kimə demədim...
Düşünürdüm ki, əgər həyatımı itirsəm,sevinənlər sevinsin,qəmlənənlər qəmlənsin,vicdan əzabı çəkənlər də olsun…”
Bunu Sabaha-inamla.az-a tanınmış jurnalist Namiq Məmmədli deyib.
“Xəstəxanada yatdım, indi evdə müalicə alıram.Nigaran qalan dostlara,tanışlara demək istəyirəm ki,şükürlər olsun ki,sağ-salamatam.Ölüm gözlə qaş arasındadı,çalışın səhhətinizi qoruyun” bu sözlərdə N.Məmmədliyə məxsusdu.
Sonda N.Məmmədli minnətdarlıq etməyi də unutmayıb:”Mənə dualar edən,telefon açan,mənəvi dəstək olan” hər bir kəsə sonsuz dərəcədə minnətdarlığımı bildirirəm.Nə yaxşı ki,sizlər varsınız.Yoxsa həyatda yaşamaq mənasız olar”.
Sabaha-inamla.az


Baxış sayı: 550


Bölməyə aid digər xəbərlər