Bütün xəbərlər
Mehriban Əliyeva qadınları təbrik etdi
Tarix: 08-03-2020 13:12 | Bölmə: Manşet

                   Mehriban Əliyeva qadınları təbrik etdi

Birinci vitse-prezident Mehriban Əliyeva 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə rəsmi İnstaqram səhifəsində paylaşım edib.
"Qafqazinfo"nun məlumatına görə, paylaşımda deyilir:
“Beynəlxalq Qadınlar Günü münasibətilə sizi səmimi-qəlbdən təbrik edirəm! Sizə möhkəm cansağlığı, gözəl əhval-ruhiyyə, sevinc dolu işıqlı və xoşbəxt anlar, bütün işlərinizdə uğurlar arzulayıram! Qoy doğma və yaxınlarınızın sevgisi sizin tükənməz enerji mənbəyiniz olsun! Qoy sizin zərifliyiniz, mehribanlığınız və müdrikliyiniz ailə ocağınızın və səadətinizin etibarlı mühafizəçisi olsun!
Tanrı sizi və doğmalarınızı qorusun!”


Baxış sayı: 271


Bölməyə aid digər xəbərlər