Bütün xəbərlər
“Reaksiya verməsək, küçələrdə maşınlarımızı yandıracaqlar...” - Putin + Video
Tarix: 03-03-2020 11:54 | Bölmə: Manşet

                  “Reaksiya verməsək, küçələrdə maşınlarımızı yandıracaqlar...”

“Mitinqlərin bütün iştirakçıları kütləvi aksiyaların davranış qaydalarına riayət etməlidirlər, əks halda vəziyyət küçə iğtişaşlarına səbəb ola bilər”.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Rusiya Prezidenti “TASS” agentliyinin “Vladimir Putinə 20 sual” layihəsi üçün verdiyi müsahibədə bildirib.
“Küçələrimizdə maşınların yandırılmasını istəyirikmi? Əgər reaksiya verməsək, yandıracaqlar. Pəncərələri sındıracaqlar və müəyyən insanlar bundan zərər çəkəcəklər”,- deyə Vladimir Putin icazəsiz mitinqlərlə bağlı yaranan vəziyyəti şərh edərkən bildirib.
Bundan əlavə, icazəsiz aksiyalarda iştirak etməyə görə həbslərdən danışan Putin qeyd edib ki, bir sıra ölkələrdə azadlıqdan məhrumetmə müddəti kiçikdir. Lakin, məsələn, İsveçdə buna görə həbs cəzası 5 ildən 10 ilədək ola bilər.
“Bizdə bu yoxdur”,- deyə Putin qeyd edib.
Xatırladaq ki, 2019-cu ilin yayında Moskvada bir neçə kütləvi etiraz aksiyası keçirilmişdi.  Bir çoxu razılaşdırılmamış olan aksiyalarda iştirakçılar saxlanılaraq məsuliyyətə cəlb olunmuşdu.
                        


Baxış sayı: 355


Bölməyə aid digər xəbərlər