Bütün xəbərlər
Deputatlığa namizəd Qorxmaz İbrahimli kimdir?
Tarix: 23-01-2020 21:06 | Bölmə: Manşet
İbrahimli Qorxmaz Əbülfəz oğlu - 29 aprel 1965-ci ildə Naxçıvan MR Şahbuz rayonu Nursu kəndində yazıçı-müəllim ailəsində dünyaya gəlib. 1982-ci ildə Nursu kənd orta məktəbini əla qiymətlərlə bitirib.
1983-85-ci illərdə hərbi xidmətdə olub. 1987-92-ci illər Bakı Dövlət Universitetində təhsil alıb.
Xalq Hərəkatı
Tələbəlik illəri Milli Azadlıq Mübarizəsinin ön cərgələrində keçib. Tələbə ikən könüllü şəkildə təhsilini dayandırıb Qarabağ müharibəsinə qatılıb. Vətənin imperiyanın əsarətindən qurtulması və Qarabağ uğrunda fəal mübarizə aparıb.
1990-cı ilin Qanlı Yanvar qırğınları ərəfəsində tankların qarşısına çıxanlardan və ondan sonrakı dövrdə ümummilli etirazların təşkilatçılarından olub. Şəhid ailələrinə, qazilərə və tətil elan edənlərə yardım kampaniyalarında könüllü iştirak edib.
Onun qazancı – MÜSTƏQİLLİK
Onun bütün mübarizəsində tək qazancı olub – AZƏRBAYCANIN MÜSTƏQİLLİYİ! Müstəqil dövlətin idarəetməsində xidmətlərini əsirgəməyib. 1992-93-cü illərdə mühüm dövləti vəzifələri yerinə yetirib.
Məmuriyət korpusunda yer almasına baxmayaraq, daim döyüş bölgəsində olub. Və 1993-cü ildə, yeni təkliflərə rəğmən, könüllü şəkildə tutduğu vəzifədən istefa verib.
İctimai-siyasi fəaliyyət
1995-ci ildən özəl sektorda çalışmağa başlayıb. Bununla yanaşı, siyasətdən heç zaman çəkilməyib. Ölkədə gedən siyasi proseslərdə, o zaman ana müxalifət olan AXCP-də siyasi fəaliyyətini davam etdirib.
2001-ci ildə əsas gücünü ictimai sektora yönəldib. Bir neçə QHT-nin yaradıcısı və sədridir. İctimai sektorda yeni formalardan olan “A” QHT klubunun təsisçilərindəndir.
Hazırda Milli QHT Forumunun İdarə Heyətinin sədridir.
2008-ci ildə müxalifətçi Aydınlar Partiyasının yaradıcılarından biri olub və indiyədək partiya sədrinin birinci müavinidir.
Hədəf 2020
Qorxmaz İbrahimli bu gün növbədənkənar Parlament seçkilərində 10 saylı Binəqədi üçüncü Seçki Dairəsindən deputatlığa namizəddir. Dairədəki problemlərdən xəbərdardır. Sakinlərin əsas sıxıntılarının nələrdən ibarət olduğunu və onların həlli yollarını bilir.
O, seçiciyə minnətli çörək vəd etmir – seçicinin çörək üçün kimsəyə möhtac olmaması uğrunda bütün imkanlarını səfərbər edəcəyinə söz verir. Çünki haqqı olanı haqq sahibinə minnətlə verməyə heç kimin haqqı çatmır.
Haqq sənin, qərar sənin, seçim sənindir, ƏZİZ SEÇİCİ!
REDAKSİYADAN:Bunuda biz yazaq.Qorxmaz İbrahimli həm də Azərbaycanın dahi şairi Məmməd Arazın qardaşı oğludur!


Baxış sayı: 1 523


Bölməyə aid digər xəbərlər