Bütün xəbərlər
İlham Əliyev: “Özbaşıma növbəti seçkilərə qatıla bilmərəm!”
Tarix: 13-12-2019 13:25 | Bölmə: Manşet
                  

“Namizədliyim təmsil olunduğum partiya tərəfindən irəli sürülməlidir. Mən özbaşıma növbəti seçkilərə necə qatıla bilərəm?!”.
 Bu fikirləri Modern.az-a açıqlamasında beşinci çağırış Milli Məclisin deputatı İlham Əliyev deyib.
 O, bildirib ki, yalnız etimad göstəriləcəyi halda seçkilərə qatıla bilər:
 “Mən YAP-çıyam. Partiyamızın sədri var. Partiyamızın sədri, hörmətli cənab Prezident İlham Əliyev tərəfindən etimad göstəriləcəksə, mən də seçkilərə qatılacam. Etimad göstərilməyəcəksə, qatılmayacam”.
 Qeyd edək ki, İlham Əliyev Milli Məclisin IV və V çağırış deputatı olub. Yeni Azərbaycan Partiyası tərəfindən 56 saylı Xaçmaz kənd seçki dairəsindən deputat seçilib. O, Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin kürəkənidir.


Baxış sayı: 372


Bölməyə aid digər xəbərlər