Bütün xəbərlər
Yasamalda Heydər Əliyevin anım tədbiri keçirildi - Foto
Tarix: 11-12-2019 14:07 | Bölmə: Manşet

                     Yasamalda Heydər Əliyevin anım tədbiri keçirildi

Yasamal rayonunda yerləşən Azərbaycan Milli Konservatoriyasının akt zalında Yasamal rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr edilmiş anım tədbiri keçirilib.
“Qafqazinfo” xəbər verir ki, anım tədbirində Konservatoriyanın rektoru, professor Siyavuş Kərimi, Yasamal rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov, YAP Yasamal rayon Təşkilatının sədri Tağı Əhmədov, Milli Məclisin sədr müavini Bahar Muradova, Milli Məclisin deputatları və Komitə sədrləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, orta ixtisas və ali məktəblərin rektorları, professor-müəllim heyəti, rayon ümumtəhsil məktəblərinin direktorları, mədəniyyət xadimləri, rayon ictimaiyyəti, eyni zamanda gənclər və tələbələr iştirak etdilər.
Tədbir iştirakçıları əvvəlcə Konservatoriyanın foyesində Ulu Öndərin büstü önünə çiçəklər düzərək xatirəsini yad ediblər.
Anım tədbirini giriş sözü ilə Azərbaycan Milli Konservatoriyasının rektoru, Xalq artisti, professor Siyavuş Kərimi açıq elan edib.
Yasamal rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov Heydər Əliyevin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsindən sonra onun Azərbaycan dövlətinə və xalqa olan xidmətlərindən danışıb: “Ümummilli liderimiz Heydər Əliyev Azərbaycan xalqının milli mədəniyyətinə, onun tarixi qaynaqlarına həmişə böyük diqqətlə yanaşmış, millətin qan yaddaşına hopmuş tarixi şəxsiyyətlərimizin zaman-zaman yaşaması üçün öz qayğısını əsirgəməmişdir. Heydər Əliyevin xatirəsi Azərbaycan adı yaşadıqca, daim xalqımızın yaddaşında, ürəklərdə yaşayacaq. İllər ötdükcə biz Heydər Əliyev şəxsiyyətinin böyüklüyünü və ucalığını daha dərindən dərk edirik. Xalqın öz dahi oğluna məhəbbət və ehtiramı bitib-tükənmir, əksinə, getdikcə artır. Hər il dekabrın 12-də və mayın 10-da Fəxri xiyabanda yaşanan böyük izdiham bunun əyani göstəricisidir”.
Sonra Zaur Qüdrətoğlunun ifasında H. Əliyevin həyat və yaradıcılığını əks etdirən film-təqdimat nümayiş olunub. Tədbir bədii hissə ilə davam etdirilib.  






Baxış sayı: 383


Bölməyə aid digər xəbərlər