Bütün xəbərlər
“Azərbaycanın Mehriban siması”...
Tarix: 09-12-2019 14:03 | Bölmə: Manşet

                 “Azərbaycanın Mehriban siması”...

Azərbaycanda Atatürk Mərkəzində siyasi elmlər doktoru, professor, Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü Vaqif Abdullayevin yeni çapdan çıxmış “Azərbaycanın Mehriban siması” adlı kitabının təqdimat mərasimi keçirilib. “Qafqazinfo” xəbər verir ki, tədbirdə  respublikanın ictimai-siyasi, elm, mədəniyyət sahəsində tanınmış şəxsləri, yazışı və jurnalistlər iştirak edib.
“Azərbaycanın Mehriban siması” adlı kitabının elmi redaktoru, Azərbaycanda Atatürk Mərkəzinin direktoru, akademik, professor, əməkdar elm xadimi Nizami Cəfərov çıxış edərək bildirib ki, Vaqif Abdullayevin oxuculara təqdim etdiyi yeni kitabında Birinci vitse­prezident, Heydər Əliyev Fondunun prezidenti, YAP sədrinin müavini, UNESCO və ISESCO­nun xoşməramlı səiri Mehriban Əliyevanın çoxşaxəli və zəngin elmi­mədəni, humanitar, ictimai­siyasi fəaliyyəti geniş şəkildə sosioloji və politoloji istiqamətlərədn təhlil olunur.  “Nəşrdə Mehriban Əliyevanın görkəmli qadın lider kimi praqmatik liderlik keyiyyətlərinə, qısa zaman ərzində Azərbaycanın əldə etdiyi uğurlara verdiyi dərin töhfəni, çoxsaylı siyasi uğurlarını düzgün və obyektiv rakursdan fəlsəfi-analitik təhlilini görmək mümkündür”. N.Cəfərov qeyd edib ki, Mehriban xanım haqqında kitab yazmaq həddindən artıq çətindir və dərin məsuliyyət, yüksən siyasi-elmi təfəkkür, analitik erudisiya tələb edir. Vaqif Abdullayev uzun illər siyasi elmlər sahəsində dərin və geniş tədqiqatlar aparan  alim kimi görkəmli şəxsiyyətlərimiz olan Ulu öndər Heydər Əliyev, Prezident İlham Əliyev haqqında  sanballı və siyasi ədəbiyyatımızda xüsusi yeri olan kitablar yazaraq nəşr etdirmişdir. Bu baxımdan onun “Azərbaycanın Mehriban siması” kitabı da çox dərin və əhatəli ictimai və siyasi tədqiqatın,  elmi-fəlsəfi-analitik təhlillərin dəyərli nümunəsidir. Müəllif kitabda  prosesləri sadə və elmi-bədii formada təsvir etməklə, oxunaqlı və zəngin üslub keyfiyyətlərindən məharətlə istifadə etmişdir.  Eyni zamanda, kitabın çox keyfiyyətli tərtibi onun dəyərini daha da artırır.   
Nizami Cəfərov bildirib ki, oxucunun kitabda  əldə etdiyi əsas qənaət budur ki, Mehriban xanımın fəaliyyətində hər zaman insanların taleyi əsas yer tutur. Onun özünün qeyd etdiyi kimi “uğur xatirinə uğur, hakimiyyət xatirinə hakimiyyət və ambisiya mənim üçün heç vaxt aparıcı motiv olmayıb. Əsas məsələ odur ki, ehtiyacı olan insanlara kömək edəsən”.
Çıxış edən yazıçı Xeyrəddin Qoca  bildirib ki, Mehriban xanım zəngin və təkrarolunmaz fəaliyyəti ilə Azərbaycan qadınları üçün gözəl nümunədir. Bütün Azərbaycanın bütün bölgələrindən hər gün ona yüzlərlə vətəndaş müraciət edir. Ona hamı yazır, kiçikdən böyüyə, social statusundan və peçəsindən asılı olmayaraq, hər bir vətəndaş ona inam yeri kimi baxır. O, bütün insanların sosial istinadgahıdır. “Mehriban xanımın ictimai və siyasi fəaliyyəti cəmiyyətin şüurundakı qadın lider obrazını ildən-ildə daha da möhkəmləndirmişdir. Birinci xanım daşıdığı bütün vəzifələrin öhdəsindən layiqincə gələrək hər bir işin ustası olduğunu təsdiqləmişdir. Azərbaycan Prezidentinin xanımı ölkə daxilindəki səfərlərdə daim onu müşayiət edir. Onun fəaliyyəti, işi, insanlara ona münasibəti göz qabağındadır və bununla da iqtidarla cəmiyyətin qarşılıqlı əlaqələrinə öz töhfəsini verir.
 



Baxış sayı: 506


Bölməyə aid digər xəbərlər