Bütün xəbərlər
Kəndimizin dahi oğlu-NAMİQ MƏMMƏDLİ
Tarix: 02-12-2019 00:00 | Bölmə: Manşet

Bu gün Azərbaycanın dahi şairi Məmməd Arazın vəfatından 15 il keçir. O, mənim çox sevdiyim şair olub. Həmişə onun şeirlərini oxumuşam, əzbərləmişəm,sevmişəm. Onun haqqında iki məqaləm də respublika mətbuatında çıxıb.O vaxtı univerisitetdə onunla görüş təşkil etmişdik. Şairə görüş barədə deyib onun razılığını almışdım.Bir neçə gün sonra mən məqalə yazdım şairlə görüş barədə. Və bununlada məndə jurnalistliyə meyl yarandı.Sonralar saysız-hesabsız məqalələr yazdım. Beləcə

bir təsadüfi Məmməd Araz tədbiri məni jurnalist etdi. Fəxr edirəm ki, atamın, anamın, yoldaşımın doğulduğu Şahbuz rayonunun Nurs kəndində Məmməd Araz dünyaya gəlib. Kəndin girəcəyində ki, plakatda Məmməd Arazın şəkili əks olunmuşdu. Orda "bu kənddə Azərbaycanın dahi şairi Məmməd Araz doğulub" sözləri yazılmışdı.Məmməd Araz həm də həyat yoldaşım Solmaz müəllimənin əmisi idi.Rəhmətlik Əbülfəz əminin qardaşı idi. Ailəmizin sevimlisi iid. O,tək bizim yox, milyonların qəlbində əbədi yaşayacaq. Biz onu heç vaxt unutmadıq,demək olar ki, hər gün xatırlayırıq. Mənim də uşaqlığım Nurs kəndində keçib.Həmişə dahi Mməmməd Arazın bu məşhur misraları yadıma düşür.
Budur uşaqlığım keçən o yerlər,
Çadırdaş ətəyi, Nursu bulağı.
Burada böyümüşüəm, burada.


Allah sənə rəhmət eləsin Məmməd əmi. Qəbrin nurla dolsun!
Namiq MƏMMƏDLİ
Sabaha-inamla.Az




Baxış sayı: 1 524


Bölməyə aid digər xəbərlər