Bütün xəbərlər
“Əminəm ki, TANAP-ın ömrü uzun olacaq” - İlham Əliyev
Tarix: 30-11-2019 19:26 | Bölmə: Manşet

                 “Əminəm ki, TANAP-ın ömrü uzun olacaq”

Prezident İlham Əliyev Türkiyənin Ədirnə vilayətinin İpsala qəsəbəsində TANAP layihəsinin Avropa ilə birləşəcək hissəsinin açılış mərasimində çıxış edib.
“Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, İ.Əliyev bu günü tarixi gün adlandırıb:
“Qardaş Türkiyə torpaqlarında olduğum üçün çox şadam. Birlikdə başladığımız TANAP Avropaya çatdı. Əminəm ki, TANAP-ın ömrü uzun olacaq. Faydalı olacağına inanıram. Tarixi İstanbul razılaşması nəticəsində TANAP üçün yaşıl işıq yandı. Biz həyata keçirəcəyik dedik və belə də oldu. Maliyyə yükünü əsasən Türkiyə və Azərbaycan çəkdi. Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə 450 milyon tondan çox neft nəql edilib. TANAP-da iştirak edən hər kəsə dərin təşəkkürümü bildirirəm. Böyük layihənin vaxtında yerinə yetirilməsində böyük rol oynadılar. TANAP Cənub qaz dəhlizinin bir hissəsidir. 4-cü layihə olan TAP əminəm ki, vaxtında yekunlaşacaq. Bununla da Cənub qaz dəhlizi vaxtında qurulacaq. Bu gün Cənub qaz dəhlizi 7 ölkəni birləşdirir və beynəlxalq əməkdaşlıq layihəsidir. Layihənin həyata keçməsi Türkiyə-Azərbaycanın siyasi iradəsinin nəticəsidir. Bu layihə uzunmüddətli müqavilələrə səbəb olacaq. Onlara təkcə enerji layihələri kimi baxmaq olmaz.
Xəzərin dərinliklərindən gələn sərvət Anadolunun dörd bir yanında hər kəsə faydalı olacaq. Avropaya qaz axınına biz hazırıq. Bundan sonrakı prosesi avropalı dostlarımıza ötürürük. İlk mərhələdə 16, daha sonra 31 milyard kubmetr qaz təmin olunacaq. Ortaq məqsəd üçün hərəkət edən bütün ölkələr qazandı. TANAP-ın Avropa bağlantısının ölkələrimizə xeyirli olmasını diləyirəm”.


Baxış sayı: 547


Bölməyə aid digər xəbərlər