Bütün xəbərlər
Bakı Dövlət Universitetinin əməkdaşlarına Prezidentin fərdi təqaüdü veriləcək
Tarix: 26-11-2019 00:40 | Bölmə: Manşet

Prezident İlham Əliyev Bakı Dövlət Universitetinin əməkdaşlarına Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda qeyd edilir ki, Bakı Dövlət Universitetinin 100 illiyi münasibətilə və Azərbaycanda təhsilin və elmin inkişafındakı xidmətlərinə görə Bakı Dövlət Universitetinin aşağıdakı əməkdaşlarına Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilsin:
Abdullayev Sərhəddin Qubaddin oğlu
Göyçayskiy Şövqisəfa Yusifziya oğlu
Quliyev Akif Ələkbər oğlu
Rüstəmov İzzət Əşrəf oğlu.
Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll edəcək.


Baxış sayı: 330


Bölməyə aid digər xəbərlər