Bütün xəbərlər
Mehriban Əliyevadan Azərbaycan xalqına - Təbrik
Tarix: 17-11-2019 10:02 | Bölmə: Manşet

                Mehriban Əliyevadan Azərbaycan xalqına

Birinci vitse-prezident Mehriban Əliyeva 17 noyabr - Milli Dirçəliş Günü münasibətilə Azərbaycan xalqını təbrik edib.
“Qafqazinfo” xəbər verir ki, birinci xanım rəsmi “Instagram” səhifəsində paylaşım edib.
Paylaşımda deyilir:
“Bu gün – 17 Noyabr – birlik və həmrəylik, Vətənə və milli dövlətçiliyə sədaqət kimi nəcib hissləri təcəssüm etdirən Milli Dirçəliş Günüdür. Bu bayram münasibətilə bütün Azərbaycan xalqını ürəkdən təbrik edir, hər bir soydaşımıza cansağlığı, sevgi və səadət arzulayıram! Qoy xalqımızın həmrəyliyi, dövlət müstəqilliyimiz, ölkəmizdə hökm sürən sülh və əmin-amanlıq əbədi olsun!”.


Baxış sayı: 516


Bölməyə aid digər xəbərlər