09:56 / 17-11-2019
TƏBRİK EDİRİK!
Vilayət Eyvazov Sumqayıtda qəbul keçirəcək
Tarix: 06-11-2019 16:19 | Bölmə: Manşet

                    Vilayət Eyvazov Sumqayıtda qəbul keçirəcək


Azərbaycan Respublikasının Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov tərəfindən 2019-cu il noyabr ayının 30-da Sumqayıt Şəhər Polis İdarəsində Sumqayıt, Abşeron, Qobustan, Qubadlı, Zəngilan şəhər və rayonlarının sakinlərinin qəbulunun keçirilməsi nəzərdə tutulub.
DİN-in Mətbuat Xidmətindən Xeberle.com-a verilən məlumata görə, vətəndaşlar daxili işlər orqanlarının əməkdaşlarının fəaliyyətinə və Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə aid məsələlərlə bağlı müraciət etməklə qəbula yazıla bilərlər.
Qəbula gələnlər şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.


Baxış sayı: 59


Bölməyə aid digər xəbərlər