Bütün xəbərlər
Sumqayıtda möcüzələr yaradan icra başçısı-SUMQAYIT-70
Tarix: 04-11-2019 05:21 | Bölmə: Manşet
2015-ci ilin avqust ayına qədər Sumqayıta bir neçə icra başçısı rəhbərlik edib. Onların rəhbərlik etdiyi vaxtda Sumqayıtda elə bir dəyişiklik, canlanma, göz oxşayan bir mənzərə, ürəkaçan bir layihə həyata keçirilməyib. Bir sözlə yaxşı mənada yaddaqalan bir iş
görməyiblər. Sumqayıtın gözəlləşməsi, çiçəklənməsi, inkişafı 2015-ci il sentyabr ayının 2-dən Zakir Fərəcovun ölkə Prezidenti İlham Əliyev cənablarının sərəncamı ilə şəhərə rəhbər təyin olunmasından başladı. Həqiqətən də Zakir Fərəcov
Sumqayıtın üçün yerində olan, uğurlu kadr idi. Sumqayıtın üçün o bir tapıntı idi. O, gəldiyi gündən şəhərdə abadlıq, quruculuq işlərinə başladı. Sumqayıtı yaşıllaşdırdı, gözəlləşdirdi. Göz oxşayan, analoqu olmayan tikintilər hamını heyran qoydu. İlham Əliyev cənabları Sumqayıtda olarkən onun yaratdığı Bulvarla tanış oldu. Bu tikintini, bu gözəlliyi, bu yaşıllığı bir möcüzə adlandırdı: "Sumqayıtın bu
proqramın icrasında xüsusi yeri var. Sumqayıt böyük sənaye şəhəridir. Sumqayıtın əhalisi də kifayət qədər böyükdür. Sumqayıt Bakıdan sonra Azərbaycanın ikinci şəhəridir. Sumqayıtın inkişafına daim böyük diqqət göstərilib. Əminəm ki, Sumqayıtın bugünkü vəziyyəti, bugünkü görkəmi
həm şəhər sakinlərini, həm də bütün Azərbaycan xalqını sevindirir. Son illər ərzində Sumqayıtda çox böyük işlər görülüb. Bu gün iştirak etdiyim açılışlar onu əyani şəkildə göstərir. Cəmi 8-9 ay ərzində belə möhtəşəm Heydər Əliyev Mərkəzi yaradılıb. Bu gün Şahmat Məktəbinin,


Uşaq İncəsənət Məktəbinin açılışını qeyd etdik. Gözəl, əzəmətli binalardır və bu binalarda uşaqlar oxuyur, dərs alır. Sumqayıt bulvarı isə hesab edirəm ki, bir möcüzədir. Sumqayıt bulvarının yaradılması ilə bağlı mən hələ bir neçə il bundan əvvəl şəhər rəhbərliyi qarşısında vəzifə qoymuşdum. Sumqayıtlılar yəqin ki, xatırlayırlar, hətta bir neçə il bundan əvvəl mənim üçün təqdimat da keçirilmişdi.
Hər zaman maraqlanırdım ki, işlər necə gedir. Məlumat verilirdi ki, orada çətinlik, burada çətinlik var. Ancaq bu gün Sumqayıt bulvarı artıq açılıb. Bu bulvarın yaradılmasında şəhər rəhbərliyinin xüsusi rolu, Sumqayıt


sakinlərinin böyük rolu var. Mən çox istəyirdim ki, Sumqayıtda Bakı bulvarına bənzər bir bulvar olsun. Bu gün biz buna nail olduq. Sumqayıt bulvarı cəmi bir il ərzində, bəlkə də ondan da az bir vaxtda yaradılıb. Məsafəsi dörd kilometrdən çox olan bu bulvar göz oxşayır. Burada həm
plyaj, həm də bulvar hissələri var, yol çəkilib və bütün infrastruktur, istirahət zonaları yaradılıb. Əminəm ki, bulvar Sumqayıt sakinlərini və şəhərin qonaqlarını sevindirəcək. Bu, nəyi göstərir? Bu, onu göstərir ki,

biz Azərbaycanda istənilən işi görə bilərik. Sumqayıt sovet vaxtında kimya sənayesi mərkəzi idi. Kimin ağlına gələ bilərdi ki, Sumqayıt belə gözəl, ekoloji cəhətdən təmiz şəhərə çevriləcək. İndi
Sumqayıtın havası çox təmizdir. Sumqayıtda ekoloji problemlər öz həllini tapıb. Şəhərin abadlaşdırılması işi böyük zövqlə və böyük məhəbbətlə aparılır. Küçələr salınır, Sumqayıta giriş küçəsində abadlıq işləri aparılır, yaşıllıq zolaqları yaradılır, ağaclar əkilir. Yəni, bunu ancaq öz şəhərini, öz xalqını sevən insanlar edə bilər".
Hazırda tikintisi başa çatmaq üzrə olan Muğam Mərkəzi, Nizami kinoteatrı da əvəzsiz memarlıq abidəsidir. Artıq əvvəlki Sumqayıtdan əsər-əlamət qalmayıb. Günü-gündən gözəlləşən bu şəhərdə dəyişikliklər çoxdur.  Bu gözəllik şəhərə gələn qonaqları valeh edir. Axşam şəhərə giriş hissədən daxil olanda ətrafdakı ağacların, dirəklərin, yaşıllıqların rəngbərəng işıqlarla


bəzədilməsi, işıqların sayrışması, bərq vurması-onu dünyanın gözəl şəhərlərinə bənzədir. Bu gözəlliyi, bu sənət əsərlərini, memarlıq incilərini yaratmaq üçün Zakir müəllim çox əziyyət çəkib, gününü çox hissəsini bu işlərə sərf edib. Şükürlər olsun ki, istəyinə nail olub. Bakıya qardaş olan Sumqayıtı gözəlləşdirib. Bir sözlə Sumqayıtda möcüzə yaradıb.

Qeyd etmək istəyirəm ki, görkəmli Qazax yazıçısı Oljas Süleymanov Sumqayıtda olarkən bu gözəlliyi öz gözləri ilə görüb. Bakıda tədbirdə çıxış edərkən Zakir müllim haqqında xoş sözlər deyib. Onu zəhmətkeş bir insan olduğunu vurğulayıb.
Bu yaxınlarda Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu da Sumqayıtda Türkiyəyə məxsus bankın açılışında olakən Sumqayıtın dəyişdiyini, inkişaf olduğunu Zakir müəllimin nəzərinə çatdırıb.
Sabaha-inamla.Az xəbər portalının kollektivi  Zakir müəllimi Sumqayıtın 70 illik yubileyi münasibətilə təbrik edir. Ona can sağlığı, işlərində uğurlar arzulayır!
Hörmətli Zakir müəllim, siz Sumqayıtın yeniləşməsi, gözəlləşməsi, çiçəklənməsi üçün öz töhfənizi vermisiniz. Gördüyünüz bu işlər həm yaddaşlarda, həm də tarixdə uzun illər, əbədi qalacaq!
Namiq Məmmədli,
Sabaha-inamla.Az xəbər portalının baş redaktoru
















Baxış sayı: 2 577


Bölməyə aid digər xəbərlər