Bütün xəbərlər
Sumqayıtda keçirilən I Mədəniyyət festivalından-FOTO/VİDEO-Sabaha-inamla.Az-da
Tarix: 10-10-2019 19:56 | Bölmə: Manşet
 
Sabaha-inamla.Az  xəbər verir ki, Abşeron, Xızı, Şuşa, Zəngilan, Qubadlı  rayonları ilə yanaşı, Şamaxı, İsmayıllı, Quba və Kürdəmir rayonlarının mədəniyyət kollektivləri Sumqayıt Regional Mədəniyyət İdarəsinin  təşkil etdiyi, şəhərin 70 illik yubileyinə həsr edilmiş  ilk mədəniyyət festivalında iştirak ediblər.
                             
Festivalda  bölgələrdən olan kollektivlərin iştirakı  ilə musiqi nümunələri, regionların folklor və mətbəx nümunələri ilə yanaşı, tarixi eksponatlar, dekorativ tətbiqi sənət nümunələri də nümayiş olunub.
                           
Sumqayıt İcra hakimiyyətinin başçısı Zakir Fərəcov, şəhərin digər strukturlarının rəhbərləri, eləcə də şəhər ictimaiyyəti I Mədəniyyət Festivalında təqdim olunan mədəniyyət nümunələrinə tamaşa ediblər.
Kamran Orucov
Sabaha-inamla.Az


















Baxış sayı: 1 414


Bölməyə aid digər xəbərlər