Bütün xəbərlər
Təranə Vəlizadə: " Mehriban xanımı mən o qədər sevirəm, o, xalqın məhəbbətini qazanıb"
Tarix: 10-10-2019 11:36 | Bölmə: Manşet

Bu günlərdə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Xocalı rayonundan olan məcburi köçkün, şəhid ailəsi Fəridə Cabbarovanın mənzilində qonaq olublar. Səmimi söhbət əsnasında F.Cabbarova Prezidentlə xanımını oğlunun toyuna dəvət edib. Onlardan "məmnuniyyətlə gərərik" cavabını alıb. Bu xəbərdən kövrələn Azərbaycan estrada musiqisinin əvəzolunmaz ifaçılarından sayılan Təranə Vəlizadə Sabaha-inamla.az-a Mehriban Əliyeva haqqında fikirlərini bildirib: "nə gözəl təşəbbüs! Mehriban xanımı mən o qədər sevirəm. Çox mərhəmətli, alicənab , həm də zahirən gözəl xanımdır ! O, Xalqın məhəbbətini qazanıb, Azərbaycanın fəxridir! Allahdan ona uzun ömür, can sağlığı, arzulayıram əziz prezidentimizlə birlikdə daim xalqımza rəhbərlik etsinlər. Yaşasın Azərbaycan!
Namiq MƏMMƏDLİ
Sabaha-inamla.Az


Baxış sayı: 895


Bölməyə aid digər xəbərlər