22:13 / 28-03-2024
Zelenski CBS telekanalına müsahibəsində Amerika silahlarını reklam edib
21:59 / 28-03-2024
"Rosatom"un top meneceri xüsusilə böyük rüşvətə görə həbsxanaya göndərildi
21:53 / 28-03-2024
MDU-nun keçmiş aspirantı 4 il müddətinə azadlıqdan məhrum edilib
21:47 / 28-03-2024
"Sport.es": "Barselona" "Arsenal"ın futbolçusu Jorginyoya iddialıdır
21:20 / 28-03-2024
"The Athletic": UEFA komandaların Avro 2024 üçün müraciətlərini artırmağı planlaşdırır
21:14 / 28-03-2024
Sevastopol qubernatoru bildirir ki, şəhər yaxınlığında təyyarə dənizə düşüb
21:08 / 28-03-2024
Burunov etiraf edib ki, konsertə gecikməsi onu “Krokus”da terror aktından xilas edib
20:59 / 28-03-2024
Bryansk sakini Ukrayna Silahlı Qüvvələrinin tərəfində döyüşmək niyyətinə görə həbsxanaya göndərilib
20:55 / 28-03-2024
Lavrov: "Ermənistan bilərəkdən Rusiya ilə münasibətlərin pozulmasına gətirib çıxarır"
19:39 / 28-03-2024
Baş Prokurorluq Metanın mətbuat katibinin işini məhkəməyə göndərib
19:35 / 28-03-2024
LCI: Makron Ukraynaya qoşun göndərəcəyi təqdirdə cavabı düşünməyib
19:29 / 28-03-2024
"Daily Mail": Dani Alves zaminə buraxıldıqdan sonra ziyafət verib
07:09 / 28-03-2024
Putin: "F-16"-ların Ukraynaya çatdırılması döyüş meydanındakı vəziyyəti dəyişməyəcək"
07:02 / 28-03-2024
"Krokus"da terror aktını törədənlər İŞİD-in əfqan qanadının Telegram kanalından cəlb olunub
06:54 / 28-03-2024
Vilfand: "Rusiya Federasiyasının doqquz rayonunda -40 dərəcəyə qədər anomal şaxta gözlənilir"
06:49 / 28-03-2024
"Teleqraf": Britaniya Rusiya ilə münaqişədə cəmi bir neçə ay davam edəcək
06:37 / 28-03-2024
Nijni Novqorod məktəblisi terrorçulara təşəkkür etdiyi üçün mer təqaüdündən məhrum edilib
06:28 / 28-03-2024
Putin bildirib ki, Rusiya NATO ilə döyüşmək fikrində deyil
06:23 / 28-03-2024
Putin helikopteri idarə etməyə çalışıb
06:06 / 28-03-2024
“Hesabatına ödənişi əlavə etməyi unudub” - Hikmət Hacıyev
22:56 / 27-03-2024
Futbolçunu öpən Rubialesi 2,5 il həbs gözləyir
22:50 / 27-03-2024
Ramazan ayının 18-ci gününün duası - İmsak və iftar vaxtı
22:46 / 27-03-2024
Ağalarovlardan terror qurbanlarına 100 milyonluq yardım
22:41 / 27-03-2024
Sankt-Peterburqda miqrasiya biznesində şübhəli bilinən 30 nəfər saxlanılıb
22:36 / 27-03-2024
Xarici İşlər Nazirliyi: Rusiya diplomatının Latviyadan çıxarılmasına cavab verəcək
21:40 / 27-03-2024
Vorobyev ÇSKA-nın baş məşqçisi postunda Fedorovu əvəz edəcək
21:33 / 27-03-2024
Aktrisa Svetlana Svetliçnaya xəstəxanaya yerləşdirilib
21:29 / 27-03-2024
Rusiya Federal Gömrük Xidmətinin rəis müavini Yaqodkina aksiz markalarının verilməsinə görə həbs edilib
21:23 / 27-03-2024
Peskov: "Terror aktından sonra Putin bütün gecəni yatmadı və xəbərlər aldı"
21:15 / 27-03-2024
Rusiya milli futbol komandasının həkimi San-Paulu hava limanında qadını xilas edib
21:09 / 27-03-2024
"Krokus"da insanları xilas edən qarderob işçisi Putinlə görüşmək istədiyini açıqlayıb
21:03 / 27-03-2024
“Krokus” terror aktı ilə bağlı qalmaqallı yazıların müəllifi terrora haqq qazandırdığı üçün həbs edilib
20:56 / 27-03-2024
AŞPA Siyasi Komitəsi Kosovonun Avropa Şurasına üzvlüyünü təsdiqləyib
14:43 / 27-03-2024
Endrik Peleni məğlub edərək Braziliya üçün rekord vurdu
14:38 / 27-03-2024
Məktəbli qızı qətlə yetirməkdə şübhəli bilinirdi
13:05 / 27-03-2024
SKZD-nin rəis müavini 600 milyon rubl oğurluq işi üzrə həbs edilib
12:04 / 27-03-2024
Polşada beş əsgərin ölümündən sonra bütün hərbi təlimlər dayandırılıb
12:00 / 27-03-2024
Polşada briqada generalının qəfil ölümü xəbəri yayılıb
11:54 / 27-03-2024
Sankt-Peterburqda yaşayış binasında baş verən yanğında 3 nəfər ölüb
Əli Həsənov: İlham Əliyevin bir çıxışı Ermənistanı qarışdırdı
Tarix: 08-10-2019 19:15 | Bölmə: Manşet
Prezident İlham Əliyevin Soçidə "Valday" Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında beynəlxalq hüquqa əsaslanan sərt, qətiyyətli və məntiqli bəyanatı Ermənistandakı daxili siyasi situasiyanı dəyişib, Ermənistanın baş naziri Nikol Paşinyanın tərəfdarları və əleyhdarları arasındakı qarşıdurmanı daha da gücləndirib.
AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov “Facebook” sosial şəbəkəsindəki səhifəsində paylaşdığı statusda bəhs edib.
Statusda deyilir: “Xatırladım ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən danışan Prezident İlham Əliyev Ermənistanın işğalçılıq siyasətinin nəticələrinə diqqət yönəltdi, BMT Təhlükəsizlik Şurasının münaqişənin nizamlanmasına dair qəbul etdiyi 4 qətnamənin 25 ildən çoxdur yerinə yetirilmədiyini vurğuladı. Prezident İlham Əliyev Ermənistanın baş nazirinin "Qarabağ Ermənistanın hissəsidir və nöqtə" bəyanatının yalan olduğunu əsaslandıraraq cavab verdi: "Qarabağ tarixi əzəli Azərbaycan torpağıdır. Beləliklə, Qarabağ Azərbaycandır və nida işarəsi".
Prezident İlham Əliyevin çıxışının əsas leytmotivi Dağlıq Qarabağ münaqişəsi və bu münaqişə ilə bağlı mövcud vəziyyətlə bağlı idi. Azərbaycan Prezidenti münaqişənin yaranması tarixindən və dalana dirənmiş danışıqlardan ətraflı bəhs etdi, atəşkəs rejiminə rəğmən Ermənistanın təxribatları səbəbindən davam edən hərbi əməliyyatlardan danışdı.
Paşinyanın son aylarda qapıldığı aqressiv ritorika, xüsusilə də Dağlıq Qarabağda, Xankəndidəki terrorçu hərbi xuntanın və dünyanın müxtəlif ölkələrindəki erməni diasporunu təmsil edən şəxslərin, habelə erməni lobbisinin nümayəndələrinin önündə çıxış edərkən verdiyi absurd bəyanatlar, əslində, Ermənistanın işğalçılıq siyasətinin etirafının məntiqi davamı, rəsmi İrəvanın qapıldığı əsassız eyforiya idi. Şovinizm, aqressiya və işğalçılığın terror üzərində köklənmiş üzvi sintezinə çevrilən siyasət yürüdən Ermənistan rəhbərliyi ölkə iqtisadiyyatının uçurumda olmasının, işsizlik və mühacirətin milli fəlakət səviyyəsinə çatmasının fərqində olduğundan məhz belə ritorika vasitəsilə erməniləri sakitləşdirməyə çalışırdı.
Təsadüfi deyildi ki, Paşinyan, əslində, Dağlıq Qarabağda terrorçu-separatçı dəstələrdən birinin banilərindən və komandirlərindən olan, 1992-ci ildə döyüşdə öldürülmüş Leonid Azqaldyanın dediyi kəlmələri təkrarlamışdı. Paşinyan terrorçunun sözünü şüara çevirməklə rəsmi İrəvanın işğalçılıq, terror və aqressiv millətçilik siyasəti yürütdüyünü təsdiqləmiş oldu. Terrorçudan iqtibasa Ermənistanın əvvəlki prezidentləri ilə yanaşı, ən qatı və radikal siyasətçiləri belə, cürət etmirdilər: onlar anlayırdılar ki, bu cür düşünülməmiş, absurd və isterik bəyanat faktiki olaraq Dağlıq Qarabağ münaqişəsi ilə bağlı aparılan danışıqlardan imtina etmək, işğalçılığın etirafıdır.
Ona görə də "Valday" klubu kimi mötəbər təşkilatın beynəlxalq tribunasında, 74 ölkədən dünya elmi birliyini təmsil edən mindən çox nümayəndənin, dövlət və hökumət başçılarının, məşhur düşüncə və təhlil mərkəzlərinin rəhbərlərinin də qatıldığı tədbirdə söylənən "Qarabağ Azərbaycandır və nida işarəsi" yerində və məqamında edilmiş çıxış idi.
Paşinyan Dağlıq Qarabağda hərbi xunta rejimi təmsilçiləri, yaxud erməni lobbisinin nümayəndələri qarşısında çıxışlarında sərt ritorika seçmiş və bununla da Ermənistanın işğalçılıq siyasətini, əslində, ifşa etmişdisə, İlham Əliyevin çıxışı nüfuzlu beynəlxalq tribunada edilmişdi. Yanaşma, zehniyyət, diplomatik məharət fərqi, konstruktivlik və destruktivlik arasında fərq bundadır.
Erməni analitiklər və ekspertlər məcburiyyət qarşısında qalaraq etiraf edirlər ki, Azərbaycan Prezidentinin sanballı, məntiqli bəyanatı Paşinyana siyasət, geosiyasət, tarix və diplomatiya dərsi oldu.
Cənab İlham Əliyevin çıxışından sonra Ermənistan mediasının "selfi adam" adlandırdığı, baş nazir kimi zəif, siyasətçi kimi həddən ziyadə primitiv saydığı Paşinyanın kəskin tənqid olunduğu yazıların, şərhlərin və açıqlamaların sayı sürətlə artır.
İrəvanın diplomatik savaşın yeni mərhələsində Bakıya tamamən məğlub olması ilə bağlı ittihamların hədsiz çoxalması N.Paşinyan administrasiyasında ciddi təlaş yaradıb. Situasiya o qədər gərginləşib ki, belə yazılardan birinin dərc olunduğu qəzetin İrəvandakı ofisinə basqın edilib, redaksiya heyəti təhdid olunub. Hücum edənlərin Paşinyanın tərəfdarları olduqları, onların baş nazirin rəhbərlik etdiyi "Mənim addımım" hərəkatının funksionerləri tərəfindən idarə olunduqları ilə bağlı faktların Ermənistan mediasında yer alması Paşinyanın saxta “xalqdan gəlmə baş nazir” imicini, ilk zamanlar ona bəslənən etimad limitini alt-üst edib.
Ermənistandakı son hadisələr, eyni zamanda, Paşinyanın yalançı demokrat imicini də darmadağın edərək onun, əslində, söz və ifadə azadlığına, istənilən formada tənqidə dözümsüz, siyasi opponentlərə düşmən kimi yanaşan nasist təfəkkürlü insan olduğunu aydın şəkildə nümayiş etdirdi.
Paşinyanın baş nazir postundakı səriştəsizliyi, müxtəlif ölkələrin dövlət və hökumət başçıları ilə danışıqlardakı komik davranışları, beynəlxalq tədbirlərdəki sürəkli "selfi" çəkilişləri, ölkə iqtisadiyyatının və maliyyə sektorunun dərin böhranda olması, işsizlik və yoxsulluq səviyyəsinin artımı kimi problemlər Ermənistanda yeni sosial partlayışa səbəb ola bilər.
Erməni mediasının yazdıqlarına görə, Nikol Paşinyan üzləşdiyi uğursuzluqlardan və düçar olduğu məğlubiyyətlər seriyasından qurtulmağa can atır, bu məqsədlə də qapalı toplantılar keçirir. Bəzi məlumatlara görə, o, rəhbərlik etdiyi "Mənim addımım" siyasi hərəkatından olan deputatları toplayaraq ölkədəki ictimai-siyasi vəziyyəti, daha doğrusu, üzləşdiyi problemləri müzakirə edərək çıxış yollarını arayıb, "Valday" klubunda Azərbaycan Prezidenti İlham Əliyevin bəyanatından sonra Dağlıq Qarabağ münaqişəsinin dinc danışıqlar yolu ilə nizamlanması prosesində bundan sonra tutacağı mövqe ilə bağlı məsləhətləşmələr aparıb.
İndi bir şey aydın olub: ictimai-siyasi və iqtisadi institutları ağır böhrana düçar olan, yürütdüyü işğalçılıq siyasəti və aqressiv ritorika səbəbindən transmilli, regional layihələrdən tamamilə kənar qalan, maliyyə, hərbi, humanitar, sosial və texniki resursları tükənməkdə olan Ermənistanın problemlərini bir zamanlar demokratik xilaskar kimi təqdim edilən Paşinyan həll edə bilməyəcək. Çünki onun özü hazırda Ermənistanın ən böyük problemlərindən biridir”.
Baxış sayı: 491
Bölməyə aid digər xəbərlər

Bu gün, 07:02
"Krokus"da terror aktını törədənlər İŞİD-in əfqan qanadının Telegram kanalından cəlb olunub
Bu gün, 06:23
Putin helikopteri idarə etməyə çalışıb
26-03-2024, 22:27
ABŞ Dövlət Departamenti: Rəfah əməliyyatı İsrailin daha da təcrid olunmasına gətirib çıxaracaq
26-03-2024, 22:14
Ramazanın 17-ci gününün duası - İmsak və iftar vaxtı
26-03-2024, 11:08
Avropa Birliyi Ukraynanı ukraynalıları sevdiyi üçün dəstəkləmir, Avropa diplomatiyasının rəhbəri Josep Borrell bildirib
25-03-2024, 23:39
Emin Ağalarov: "Krokus"un bərpası zamanı xatirə abidəsi yaradılacaq"
25-03-2024, 22:43
Zaxarova ABŞ-ın Rusiyaya təhlükəsizlik sahəsində yardımdan imtina etməsini əxlaqsızlıq adlandırıb
25-03-2024, 22:22
Putin: “Krokus”da terror aktını kimin törətdiyini bilirik, sifarişçi ilə maraqlanırıq"
25-03-2024, 16:17
Kreml ölüm hökmü ilə bağlı müzakirələrdə iştirak etmədiyini bildirir
25-03-2024, 16:03
Burj Xəlifə göydələni terror aktı qurbanlarının xatirəsinə Rusiya bayrağının rənglərinə boyandı
23-03-2024, 22:05
Karin Knaysl: "Crocus"da baş verənlər Rusiyaya qarşı planlaşdırılmış terror hücumu idi
23-03-2024, 15:45
Rusiya və Özbəkistan prezidentləri arasında telefon danışığı olub
22-03-2024, 16:25
"Liverpul"un və İngiltərə millisinin futbolçusu Aleksandr-Arnold "Real Madrid"in maraq dairəsindədir
21-03-2024, 22:55
Nebenzya: "İsrailin Suriyaya zərbələri beynəlxalq hüququn pozulmasıdır"
21-03-2024, 22:48
"Bloomberg": Husilər Rusiya və Çin gəmilərinə hücum etməyəcək
21-03-2024, 19:01
"Politico": Makron Ukraynanın çox tezliklə yıxıla biləcəyinə imkan verdi
21-03-2024, 14:58
DM: Avropalı müttəfiqlər Britaniyadan imtina edirlər
21-03-2024, 14:53
Sergey Lavrov: "İdmanın siyasiləşdirilməsi tezliklə bitməyəcək"
20-03-2024, 23:59
"Reuters": Baydenin milli təhlükəsizlik müşaviri Kiyevdə Ermakla görüşüb
20-03-2024, 22:57
Zaxarova: "ABŞ Ukrayna siyasətini iflasa uğratdı"
20-03-2024, 21:52
Bəhreyn kralı Putini seçkilərdə qələbəsi münasibətilə təbrik edib
20-03-2024, 13:40
Putin və Modi arasında ətraflı telefon danışığı olub
19-03-2024, 21:38
Keçmiş müdafiə naziri Uolles Britaniya qoşunlarının Ukraynaya göndərilməsinə icazə verib
19-03-2024, 21:33
BMT Ukraynaya hərbi personalın göndərilməsi ilə bağlı: biz bütün ölkələrdən gərginliyin azaldılmasına töhfə vermələrini xahiş edirik
18-03-2024, 23:41
“Bundan sonra bura Zəfər meydanıdır”
18-03-2024, 21:30
Polşa Müdafiə Nazirliyi: Varşava və Berlin sürətli reaksiya döyüş qrupu yaradacaqlar
18-03-2024, 21:17
Quterreş Xirosima və Naqasakidəki partlayışları qətliam adlandırdı, lakin ABŞ-ı günahlandırmadı
18-03-2024, 13:59
Si Cinpin: "Putinin yenidən seçilməsi xalqın dəstəyini əks etdirir"
18-03-2024, 13:44
Vladimir Putin seçkilərdə rekord nəticə ilə qalib gəlib
17-03-2024, 23:35
Peskov: "Putinə seçkinin ilk nəticələri barədə məlumat verilib"
17-03-2024, 13:29
Messi Argentinanın mart ayında keçiriləcək oyunlarını buraxacaq
16-03-2024, 23:57
“Mançester Siti” İngiltərə kubokunun yarımfinalına yüksəlib
16-03-2024, 23:50
Yuri İqnat Ukrayna Hərbi Hava Qüvvələri komandanlığının müşaviri vəzifəsindən azad edilib
16-03-2024, 23:45
Şor əmindir ki, o, Moldovanın baş naziri postunu tutacaq və Rusiya Federasiyası ilə münasibətləri bərpa edəcək
16-03-2024, 23:23
NATO baş katibinin müavini Rusiya Federasiyası ilə bir neçə il davam edəcək gərgin münasibətlərə hazırlaşmağa çağırıb