Prezident İlham Əliyev: Azərbaycan üçün Rusiya ən mühüm tərəfdaş, dost, mehriban qonşudur
Tarix: 03-10-2019 17:09 | Bölmə: Manşet



Azərbaycan üçün Rusiya ən mühüm tərəfdaş, dost, mehriban qonşudur.
Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 3-də Soçidə Rusiya Prezidenti Vladimir Putinlə görüşü zamanı deyib.
Azərbaycan dövlətinin başçısı dəvətə görə təşəkkür edərək bildirib:
"Valday diskussiya klubunun işində iştirak etmək mənim üçün böyük şərəfdir. Bu klub bu gün müasir dünya nizamının qlobal aktual məsələlərinin müzakirəsi üçün çox mühüm beynəlxalq məkandır. Əlbəttə ki, bu görüşə görə təşəkkür edirəm.
Sizin qeyd etdiyini kimi, biz müəyyən müddətdə, daha dəqiq desəm dörd aydır ki, görüşməmişik. Bizim əlaqələrin intensivliyini nəzərə alsaq, bu, yetərincə böyük müddətdir. Keçən il biz dörd dəfə görüşmüşdük. Bu görüşlər çox müsbət rol oynayır, strateji tərəfdaşların münasibətləri kimi səciyyələndirdiyimiz əlaqələrimizin inkişafına yaxşı təkan verir.
Ticari-iqtisadi sahədə müsbət dinamikanı da qeyd etmək istərdim. Əmtəə dövriyyəsi artır – keçən il də, bu il də. Bizdə olan məlumata görə, avqust ayına qədər artım 20 faizdən çox olub. Sizinlə bizim təsdiq etdiyimiz “Yol xəritələri”nin reallaşdırılması da əlbəttə, daha sıx qarşılıqlı fəaliyyətə, bütün sahələrdə inteqrasiyaya və əməkdaşlığa gətirib çıxaracaq.
Bizim üçün Rusiya ən mühüm tərəfdaş, dost, mehriban qonşudur. Biz bu münasibətləri çox qiymətləndiririk. Əminəm ki, bugünkü diskussiya əlaqələrimizin gələcək inkişafına yaxşı töhfə olacaq".


Baxış sayı: 54


Bölməyə aid digər xəbərlər