Bütün xəbərlər
Əli Həsənov: Azərbaycanda yenilənmiş, konstruktiv müxalifət olmalıdı
Tarix: 25-09-2019 15:38 | Bölmə: Manşet

                      

Azərbaycanda yenilənmiş, konstruktiv müxalifət olmalıdır.
Trend-in məlumatına görə, bunu Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini Əli Həsənov deyib.
Ə.Həsənov bildirib ki, hər kəs ölkədəki inkişafın şahididir:
"Bu, həqiqətdir. Həqiqəti də insanlara çatdırmaq lazımdır. Bəzi hallarda neqativ fikirlər səsləndirilir. Azərbaycana müxalifət lazımdır. 2001-ci ildə demişdim ki, müxalifət yenilənməlidir. Yeniləndimi? Xeyr. Xarici qrantların hesabına yaşayırlar, donmuş partiyadan yapışıblar. Azərbaycanda yenilənmiş, konstruktiv müxalifət olmalıdır. Belə olan halda inkişaf daha da sürətlə gedər. Savadsız, yöndəmsiz müxalifətdən iqtidar nə götürəcək? Heç nə…"


Baxış sayı: 343


Bölməyə aid digər xəbərlər