Bütün xəbərlər
Mehriban Əliyeva neftçiləri təbrik edib
Tarix: 20-09-2019 18:19 | Bölmə: Manşet

Sabaha-inamla.Az xəbər verir ki, Birinci vitse-prezident Mehriban Əliyeva peşə bayramları və "Əsrin müqaviləsi"nin 25 illik yubileyi münasibətilə neftçiləri təbrik edib.
O özünün facebook səhifəsində ürək sözlərini belə yazıb:"İyirmi beş il əvvəl ölkəmizin iqtisadi müstəqilliyinin təməlini qoyan "Əsrin müqaviləsi" imzalanıb.
Azərbaycanda neftçi peşəsi hər zaman şərəfli və hörmətli peşələrdən biri sayılıb və sayılır. Əziz neftçilər, biz sizinlə, sizin peşə uğurlarınızla fəxr edirik. Qəhrəmanlığa bərabər əməyinizə, fədakarlığınıza görə çox sağ olun.
Sizi bu yubiley münasibətilə ürəkdən təbrik edirəm, sizə möhkəm cansağlığı, yeni nailiyyətlər arzulayıram!"
Sabaha-inamla.Az


Baxış sayı: 769


Bölməyə aid digər xəbərlər