Bütün xəbərlər
"Bizə pulla satmadıqları silahı terrorçulara pulsuz verirlər” - Ərdoğan
Tarix: 14-09-2019 10:28 | Bölmə: Manşet

                  "Bizə pulla satmadıqları silahı terrorçulara pulsuz verirlər” -         Ərdoğan


Ərdoğan: "Bizim dediklərimizə inanmırlarterror təşkilatının sözü ilə hərəkət edirlər"
 
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Röyters”ə müsahibəsində ABŞ-ın ünvanına sərt fikirlər səsləndirib.
 AYNA xəbər verir ki, Ərdoğan ölkəsinin F-35 proqramından çıxarılmasından danışıb:
 “PYD/YPG PKK-nın bir qoludur. Bunu Qərbə sübut etsək də, yenə inanmırlar. Daha nə deyək? Bizim dediklərimizə inanmırlar, terror təşkilatının sözü ilə hərəkət edirlər. ABŞ sərhəddə maşın-maşın silah-sursat gətirir. Bu necə müttəfiqlikdir. Teror təşkilatları bizə hücum edir, ABŞ isə onlara silah yardımı edir. NATO-da ABŞ-la müttəfiqik. Ancaq bizə pulla satmadıqları silahları terrorçulara pulsuz verirlər”.


Baxış sayı: 286


Bölməyə aid digər xəbərlər