01:51 / 25-04-2024
Şəhid Elvin Həsənovun mövludu olub-VİDEO+FOTOLAR
23:52 / 24-04-2024
Fransada Olimpiadada terror aktı planlaşdıran yeniyetmə saxlanılıb
22:59 / 24-04-2024
Moskva vilayəti hökumətinin keçmiş sədr müavini rüşvət almaqda şübhəli bilinərək saxlanılıb
22:31 / 24-04-2024
İlon Mask əmindir ki, gec-tez Qərbdə vətəndaş müharibəsi başlayacaq
22:24 / 24-04-2024
Bayden: "ABŞ bir neçə saat ərzində Ukraynaya silah tədarükünü bərpa edəcək"
22:20 / 24-04-2024
Dudayev: "Kadırov həddindən artıq güc, sağlamlıq və enerji ilə xəstədir"
22:15 / 24-04-2024
Üç rusiyalı boksçu Avro-2024-də medallara zəmanət verib
22:11 / 24-04-2024
Komi məhkəməsi Kasparov və Qudkovu qiyabi həbs edib
22:07 / 24-04-2024
FSB Tambovda terror aktı hazırlayan diversantı saxlayıb
21:55 / 24-04-2024
Azərbaycan-Rusiya iqtisadi əlaqələrinin uğurları-Aybəniz Rüstəmova
21:45 / 24-04-2024
Lukaşenko bildirib ki, o, heç vaxt oğru olmayıb və övladlarına buna imkan verməyəcək
21:41 / 24-04-2024
Podnosova: "2023-cü ildə 39 milyon məhkəmə işinə baxılıb"
21:35 / 24-04-2024
Rusiyanın məhkəmə sistemində ciddi dəyişikliklər olmayacaq
21:32 / 24-04-2024
Pentaqon ATACMS raketlərinin Ukraynaya verildiyini təsdiqləyib
16:00 / 24-04-2024
Ukrayna Avropa Komissiyasından 1,5 milyard avro alıb
15:52 / 24-04-2024
"Spartak"ın sabiq baş məşqçisi Tedesko "Milan"ın qısa siyahısına daxil olub
15:46 / 24-04-2024
Qonşusunun qarajında qumbaranı partladıb
15:41 / 24-04-2024
Metroya giriş üçün pul ödəmək istəməyib...
15:31 / 24-04-2024
Londonda Kral At Mühafizəsinin bütün qaçan atları tutuldu
15:25 / 24-04-2024
Simferopol yaxınlığında çənlərin alışması nəticəsində 3 nəfər xəsarət alıb
10:49 / 24-04-2024
Ryazan yaxınlığında baş verən qəzada adi avtobusun sürücüsü həlak olub, 13 nəfər yaralanıb
10:37 / 24-04-2024
Primoryedə müalicə olunduqdan sonra nadir qartal təbiətə buraxılıb
10:31 / 24-04-2024
Odessada hərbi obyektdə baş verən partlayışlardan sonra şəhərin enerjisi qismən kəsilib
23:59 / 23-04-2024
Rusiya və ABŞ WADA-nın Çindən olan üzgüçülərlə bağlı qərarını tənqid edib
23:46 / 23-04-2024
Alek Bolduin təxribatçı jurnalistin əlindən telefonu çıxarıb
23:34 / 23-04-2024
Puşilin DXR rəhbərinin administrasiyasını ləğv etdi
23:27 / 23-04-2024
NATO Rusiya ilə münaqişə axtarmadığını bildirib
23:20 / 23-04-2024
Putinə müdafiə nazirinin müavininin saxlanması barədə məlumat verilib
22:50 / 23-04-2024
Zaporojye vilayətində PUA-nın hücumu nəticəsində 4 mülki şəxs həlak olub
22:44 / 23-04-2024
Rusiya müdafiə nazirinin müavini rüşvət almaqda şübhəli bilinərək saxlanılıb
21:40 / 23-04-2024
Dani Olmo "RB Leipzig"dən ayrılaraq "Barselona"ya keçə bilər
21:35 / 23-04-2024
Paris Saint-Germain "Barselona"nın vunderkindi üçün 200 milyon avro ödəməyə hazırdır
21:30 / 23-04-2024
Baydenin helikopteri qazonda otların yanması səbəbindən ehtiyat vəziyyətinə gətirilib
21:25 / 23-04-2024
Bryanskda partlayış hazırlayan terror təşkilatının üzvü həbs edilib
21:19 / 23-04-2024
Raisi İsraili məhv etməklə hədələyib
21:13 / 23-04-2024
ABŞ Ukraynaya daha bir hərbi yardım paketi təqdim etməyə hazırlaşır
Prezident İlham Əliyev Bakı Metropoliteninin “Xətai” stansiyasında görülən işlərlə tanış olub (FOTO)
Tarix: 12-09-2019 15:07 | Bölmə: Manşet
Bakı Metropoliteninin “Xətai” stansiyası əsaslı təmir və yenidənqurmadan sonra sentyabrın 12-də istifadəyə verilib.
Prezidentin Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev stansiyada görülən işlərlə tanış olub.
“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin sədri Zaur Hüseynov dövlətimizin başçısına görülən işlər barədə məlumat verdi.
Bildirildi ki, “Xətai” stansiyası 1968-ci ildə istismara verilib. Stansiyanın 50 ildən artıq istismar müddətində köhnələn, müasir dövrün tələblərinə cavab verməyən bütün infrastrukturunun yenilənməsi məqsədilə təmir mərhələlərlə aparılıb. 2014-cü ildə birinci mərhələdə stansiyanın platformasının orta zalı, stansiya yolu və "Xətai-Cəfər Cabbarlı" mənzilinin müvafiq tunelində əsaslı təmir və yenidənqurma tədbirlərinə başlanılıb. Bu dəfə aparılan yenidənqurmadan sonra "Xətai" stansiyası əsaslı yenilikləri ilə sərnişinlərin xidmətində olacaq. Stansiyanın infraskturkturu və görkəmi tamamilə yenilənib. Burada funksionallığı ilə seçilən 4 yeni müasir eskalator quraşdırılıb. Bakı Metropoliteninin ən dərin stansiyasında sərnişinlərin enib-qalxma təhlükəsizliyinin, təxliyə imkanlarının və rahatlığının artırılması, xidmət səviyyəsinin daha da yüksəldilməsinə nail olunub.
Qeyd edildi ki, Bakı Metropolitenində müasir tipli qatarların sayı 11-ə çatdırılıb. Rusiyanın "Transmaşholdinq" Səhmdar Cəmiyyətinin tərkibinə daxil olan "Metrovaqonmaş” ASC 2019-cu ildə Bakı metropoliteni üçün 30 vaqondan ibarət 6 qatar tərkibi istehsal edib. Dörd qatar tərkibi iyul və avqust aylarının əvvəllərində xəttə buraxılıb. Dördüncü nəslə mənsub olan bu qatarlar ən müasir tələblər səviyyəsində istehsal edilib. Qatarların maksimal sürəti saatda 90 kilometrdir. Yeni vaqonların qapıları daha enlidir. Bu, sərnişinlərin vaqonlara daha rahat və sürətlə giriş-çıxışına imkan yaradır. Qatarlarda vaqonlararası birbaşa keçidin olması vaqonun sərnişin tutumunu 15 faiz artırır, sərnişinlərin qatar boyunca bərabər paylanmasını, yerləşmə sahəsini genişləndirməklə daşımanın rahatlığını və təhlükəsizliyini təmin edir. Vaqonlarda ayaq üstə dayanan sərnişinlər üçün çoxfunksiyalı zonalar, iri yüklər, uşaq arabaları üçün sahələr də ayrılıb, tutacaqlar xüsusi olaraq sərnişin sıxlığı nəzərə alınmaqla layihələndirilib. Qatarın baş vaqonu 38, orta vaqonu isə 44 oturacaqlıdır. Ümumilikdə, isə baş vaqonda 315, orta vaqonlarda isə 329 sərnişin mənzil başına çatdırılır. Vaqonlarda təzyiqin tənzimlənməsi və ultrabənövşəyi lampalarla havanın bioloji təmizlənməsi, həmçinin daxili və xarici videomüşahidə sistemləri də var. İşıqdiodlu cihazların tətbiqi isə elektrik enerjisi sərfiyyatını 50 faiz azaldır, onların istismar müddətini 75 faiz artırır. Vaqonların istismar müddəti 30 ildir.
Stansiyada aparılan əsaslı təmir və yenidənqurma zamanı giriş vestibülü və platformanın orta zalının divarında Şah İsmayıl Xətai və onun yaradıcılığına həsr olunmuş bədii-memarlıq kompozisiyaları da bərpa olunub. Eskalatorların maşın zalı da əsaslı təmir edilib, stansiyanın digər infrastrukturunun yenilənməsi tədbirləri görülüb. Təmir dövründə platforma, platformaaltı sahə, stansiya yolu və yol mənzillərində hələ 2014-cü ildə başlanmış əsaslı işlər də başa çatdırılıb, tunel yenidən təftiş olunaraq, bütün dəmir beton konstruksiyalar gücləndirilib və ya yenidən qurulub. Bakı metropoliteni tarixində ilk dəfə stansiya yolu ən müasir dəmir-beton bloklardan qurulub. Bu məqsədlə köhnə yol yatağı tamamilə sökülüb, dəmir-beton blokların quraşdırılması üçün yenidən layihələndirilib. Stansiyada bütün kommunikasiya xətlərinin, avadanlıqların yenilənməsi ilə bağlı mühüm işlər görülüb, hərəkətin təşkili, idarə olunması və tənzimlənməsində əhəmiyyət kəsb edən mərkəzləşmə məntəqəsi və stansiya növbətçisinin otaqları yenidən qurulub, eskalatorların nəzarətçi köşkü videogörüntülərlə təmin edilib. Stansiyada İKT-nin imkanlarından geniş istifadə olunacaq.
Dövlətimizin başçısına Bakı Metropoliteninin əsaslı şəkildə yenidən qurulan Təlim-Tədris Mərkəzi barədə də məlumat verildi.
Prezident İlham Əliyevin imzaladığı Sərəncamla təsdiq olunan Dövlət Proqramına əsasən Bakı Metropoliteni stansiyalarının yenidən qurulması, infrastrukturun müasir standartların tələbləri səviyyəsinə çatdırılması işləri planlı şəkildə aparılır. Bütün bunlar isə paytaxtın nəqliyyat sisteminin mühüm elementi olan Bakı metrosunun sürətlə inkişaf etməsinə böyük töhfə verir.
Baxış sayı: 507
Bölməyə aid digər xəbərlər

23-04-2024, 21:30
Baydenin helikopteri qazonda otların yanması səbəbindən ehtiyat vəziyyətinə gətirilib
23-04-2024, 21:07
Zelenskinin ofisi üçüncü dünya müharibəsinin başladığını elan etdi
22-04-2024, 23:55
Bayden Zelenski ilə yeni müdafiə yardım paketləri haqqında danışıb
22-04-2024, 16:44
De Yonq "Real Madrid"lə oyunda zədələnib və Avro-2024-ü buraxa bilər
22-04-2024, 08:28
"Real Madrid" "El Klasiko"da "Barselona"dan qələbə qazanıb
21-04-2024, 23:06
Ukrayna prezidentinin ofisi hesab edir ki, İlon Maskda məntiq yoxdur
21-04-2024, 22:40
Litvada NATO müttəfiqlərinin iştirakı ilə hərbi təlimlər başlayıb
21-04-2024, 18:09
Pentaqon: ABŞ bir neçə gün ərzində Ukrayna Silahlı Qüvvələrini Almaniyadan sursatla təmin edə biləcək
20-04-2024, 18:48
ABŞ Konqresi Ukraynaya və Rusiyanın aktivlərinə yardım üçün qanun layihələrini nəzərdən keçirməyə başlayıb
20-04-2024, 18:39
Serbiya Parlamenti: Srebrenitsa soyqırımı ilə bağlı qətnamə BMT səlahiyyətlərini təhdid edir
20-04-2024, 15:56
Qaribaşvili: "Gürcüstan Aİ-yə qəbul olunarsa, xarici agentlər haqqında qanuna yenidən baxılacaq"
19-04-2024, 23:05
WP: Ukrayna Silahlı Qüvvələri anlayır ki, səfərbərlik mərmi aclığı fonunda heç nəyi dəyişməyəcək
19-04-2024, 22:38
NATO-nun baş katibi Ukraynanın Rusiya Federasiyasındakı hərbi obyektlərə zərbələrini qanuni hesab edir
19-04-2024, 08:15
Robert Vud: "Fələstin BMT-nin tamhüquqlu üzvü ola bilməz"
18-04-2024, 22:52
Makron: "Ukrayna üçün İsraillə eyni hava hücumundan müdafiə sistemi qurmaq mümkün deyil"
18-04-2024, 15:29
Peskov: "Oçeretnının Fransadakı villasının həbsi qanunsuzdur"
16-04-2024, 23:27
Bayden Rusiya ilə əlaqəli gəmilərin ABŞ limanlarına girməsinə qoyulan qadağanı uzadıb
16-04-2024, 22:41
"Bloomberg": Makron Putini sürprizlə tutmağa çalışmaqdan əsəbiləşib
16-04-2024, 16:54
Olaf Şolts Si Cinpindən Rusiyaya təsir göstərməsini istəyib
16-04-2024, 16:30
FA: Ukrayna İstanbul razılaşmalarından əvvəl ABŞ-la məsləhətləşmədi
14-04-2024, 14:39
Rusiyanın "Qasırğası" Ukrayna Silahlı Qüvvələrini birbaşa zərbə ilə Amerika haubitsasından məhrum etdi
13-04-2024, 22:33
Deputat Şeremet: "Ukrayna ABŞ-ın icazəsi ilə Zaporojye atom elektrik stansiyasına hücum edir"
13-04-2024, 21:09
Lavrov Əmirabdullahianla söhbətində İsrailin İranın Suriyadakı konsulluğuna zərbəsini pisləyib
13-04-2024, 20:47
"The Hill": ABŞ Konqresi tezliklə Kiyevə yardım variantlarını nəzərdən keçirməyə başlaya bilər
13-04-2024, 20:27
Volk: "Moskva polisi qırğız diplomatın həyat yoldaşının şikayətindən sonra araşdırmaya başlayıb"
11-04-2024, 22:41
Putin: "Rusiya heç vaxt Ukrayna ilə mübahisələrin sülh yolu ilə həllindən imtina etməyib"
11-04-2024, 22:00
Ukraynanın Moskvadakı səfirliyinin ərazisində Rusiya Federasiyasının bayrağı və Qələbə bayrağı asılıb
11-04-2024, 20:54
Lukaşenko qadınların orduya səfərbər edilməsi haqqında: "Onlar kosmosa uçmalıdırlar"
11-04-2024, 20:37
İrina Rodnina: "BOK-da işləri qaydaya salmağın vaxtıdır"
11-04-2024, 20:26
Lukaşenko Putinlə iqtisadi məsələləri müzakirə edəcəyini bildirib
11-04-2024, 19:34
Qrossi: "Zaporojye atom elektrik stansiyasına hücumlar nüvə qəzası riskini artırdı"
11-04-2024, 19:08
Ryabkov: "Rusiya və ABŞ kosmosda silah məsələsində təmasdadır"
10-04-2024, 22:44
Uollander: "ABŞ yaxın aylarda Ukraynaya kömək etməsə, investisiyalar nəticə verməyəcək"
9-04-2024, 23:06
Qrossi: "Zaporojye AES-in təlim mərkəzinə hücum hücumları davam etdirməyə hazır olduğunu göstərir"
8-04-2024, 23:16
Ramazanın sonuncu gününün duası - İmsak və iftar vaxtı
8-04-2024, 22:49
Rusiya beynəlxalq ictimaiyyəti Ukrayna Silahlı Qüvvələrinin Zaporojye AES-ə hücumunu pisləməyə çağırıb
7-04-2024, 19:04
Zelenski: "Amerika dəstəyi olmadan Ukrayna uduzacaq"
7-04-2024, 12:35
MWM: Rusiyanın "Su-34" döyüş təyyarələri indi daha ölümcüldür
6-04-2024, 23:02
Zelenski Qərb tərəfdaşlarının Ukraynaya qoşun göndərməsini istəyir