Bütün xəbərlər
Zelenski deputatların toxunulmazlığı barədə qanunu imzaladı
Tarix: 11-09-2019 18:14 | Bölmə: Karusel

                      Zelenski deputatların toxunulmazlığı barədə qanunu imzaladı


Ukrayna Prezidenti Vladimir Zelenski deputat toxunulmazlığının ləğvi barədə qanunu imzalayıb.
“Qafqazinfo”nun verdiyi xəbərə görə, bu barədə dövlət başçısının rəsmi saytında məlumat yerləşdirilib.
Qanuna görə, Ukrayna Konstitusiyasının 80-ci maddəsinə dəyişiklik edilib. Belə ki, deputatların parlament toxunulmazlığının təmin olunduğu və Ali Radanın razılığı olmadan cinayət məsuliyyətinə nə cəlb edilə, nə saxlanıla, nə də həbs edilə biləyəcəyi ilə bağlı müddəalar ləğv olunub.
Qanun 1 yanvar 2020-ci ildə qüvvəyə minəcək.


Baxış sayı: 265


Bölməyə aid digər xəbərlər