Bütün xəbərlər
Azərbaycan yığması müdafiəçisini itirib
Tarix: 09-09-2019 21:43 | Bölmə: Karusel

          Azərbaycan yığması müdafiəçisini itirib

Futbol üzrə Azərbaycan milli komandası itki ilə üzləşib.
APA-nın məlumatına görə, yığmanın milliləşən legioneri Anton Krivotsyuk AVRO-2020-nin seçmə mərhələsinin növbəti oyununu buraxacaq.
O, E qrupunun bu gün keçirilən VI turunun Xorvatiya ilə ev görüşündə sarı vərəqə aldığı üçün bu durumla üzləşib. Müdafiəçi seçmə mərhələdə 3-cü dəfə xəbərdarlıqla cəzalanıb.
Slovakiya ilə ev, Uelslə səfər matçlarında da sarı vərəqə görən A.Krivotsyuk oktyabrın 13-də Macarıstana qarşı keçiriləcək matçı buraxacaq.


Baxış sayı: 275


Bölməyə aid digər xəbərlər