Bütün xəbərlər
XİN: Gürcüstan Dağlıq Qarabağda qondarma “yerli özünüidarəetmə orqanlarına seçkiləri” tanımır
Tarix: 09-09-2019 18:19 | Bölmə: Karusel

Gürcüstan Dağlıq Qarabağda qondarma “yerli özünüidarəetmə orqanlarına seçkiləri” tanımır.
Trend-in məlumatına görə, bu barədə Gürcüstan Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
Sənəddə qeyd olunur ki, Azərbaycanın suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində ərazi bütövlüyünə dəstəyini bir daha ifadə etməklə, Gürcüstan Xarici İşlər Nazirliyi 2019-cu il sentyabrın 8-də Dağlıq Qarabağda keçirilmiş qondarma “yerli özünüidarəetmə orqanlarına seçkiləri” və onun nəticələrini tanımır.
Bəyanata əsasən, Gürcüstan Xarici İşlər Nazirliyi münaqişənin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq sülh yolu nizamlanmasını dəstəkləyir.


Baxış sayı: 260


Bölməyə aid digər xəbərlər