Bütün xəbərlər
Almaniyada xalq bayramında partlayış olub: 14 nəfər yaralanıb
Tarix: 08-09-2019 23:09 | Bölmə: Karusel

   

Almaniyanın Froydenberq şəhərində xalq bayramında baş verən partlayış nəticəsində ən az 14 nəfər yaralanıb.
Trend-in məlumatına görə, onlardan altısının vəziyyəti olduqca ağır olaraq qiymətləndirilir.
İlkin məlumatlara görə, partlayışa səbəb içərisində isti yağ olan qızartma qabına suyun daxil olması ola bilər.
Hüquq-mühafizə orqanlarına görə, çox güman ki, söhbət qaz partlamasından getmir.


Baxış sayı: 286


Bölməyə aid digər xəbərlər