Bütün xəbərlər
Küveyt əmiri ABŞ-da xəstəxanaya yerləşdirilib
Tarix: 08-09-2019 23:05 | Bölmə: Karusel

                           

Küveyt əmiri Şeyx Sabah əl-Əhməd əl-Caber əs-Sabah tibbi müayinə üçün ABŞ-da xəstəxanaya yerləşdirilib.
Trend-in məlumatına görə, bununla əlaqədar ABŞ prezidenti Donald Tramp ilə planlaşdırılan görüş təxirə salınıb.
Qeyd edilir ki, Vaşinqton administrasiyasının rəhbəri və Küveyt əmiri sentyabrın 12-də Ağ Evdə görüş keçirməli idi.
İki liderin görüşünün yeni tarixi daha sonra açıqlanacaq.


Baxış sayı: 247


Bölməyə aid digər xəbərlər