Bütün xəbərlər
Həbib Nurməhəmmədov döyüşdü, çempion titulunu qorudu
Tarix: 08-09-2019 02:03 | Bölmə: Karusel
                         

Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə qarışıq döyüş növlərinin (MMA) UFC 242 kateqoriyası üzrə ən güclü idmançılar hesab edilən rusiyalı Həbib Nurməhəmmədov və amerikalı Dastin Porye arasında döyüş keçirilib.
Modern.az xəbər verir ki, döyüşün taleyi 3-cü raundda həll olunub. Həbib Nurməhəmmədov rəqibinə boğucu fəndlə qalib gəlib.
Bununla da o, yüngül çəkidə öz UFC çempionu titulunu qoruyub.
Otuz yaşlı Nurməhəmmədov peşəkar rinqdə keçirdiyi 28 döyüşün hamısını qələbə ilə başa vurub.



Baxış sayı: 369


Bölməyə aid digər xəbərlər