Bütün xəbərlər
Hindistan prezidentinin təyyarəsinə Pakistandan keçməyə icazə verilməyib
Tarix: 07-09-2019 22:45 | Bölmə: Karusel


         Hindistan prezidentinin təyyarəsinə Pakistandan keçməyə icazə verilməyib

İslamabad Nyu-Dehlinin Hindistan prezidenti Ram Nath Kovindin təyyarəsinin Pakistanın hava məkanı üzərindən uçması ilə bağlı icazə istəyinə rədd cavabı verib.
APA xəbər verir ki, bu barədə “France Presse” agentliyi Pakistanın xarici işlər naziri Mehmud Qureşiyə istinadən məlumat yayıb.
“Biz bu qərarı Hindistanın davranışlarına əsaslanaraq verdik”, - deyə agentlik Kureşinin sözlərini sitat gətirir.
O bildirib ki, Hindistan bazar günü Kovindin İslandiyaya səfər etməsi üçün Pakistanın hava məkanından istifadə etmək istəyib, İslamabad isə buna icazə verməyib.
 Avqustun sonlarında Pakistanın baş naziri İmran Xan öz açıqlamasında qeyd edib ki, ölkəsinin hava məkanı Hindistan üçün tamamilə bağlana bilər. Hindistanın mülki aviasiya naziri Hardip Sinqx Puri də belə olan halda Nyu-Dehlinin lazımi tədbirlər görəcəyini istisna etməyib.


Baxış sayı: 313


Bölməyə aid digər xəbərlər