Bütün xəbərlər
Ərdoğan ABŞ Prezidenti ilə görüşəcək
Tarix: 07-09-2019 22:41 | Bölmə: Karusel


                      Ərdoğan ABŞ Prezidenti ilə görüşəcək

“Bir neçə gün əvvəl qeyd etdiyim kimi, Suriya ilə sərhəddə təhlükəsiz bölgə ilə bağlı şərtlərimiz qəbul olunmasa, qaçqınlar üçün Avropanın qapılarını açmaqdan başqa çarəmiz qalmayacaq”. 
APA-nın Türkiyə bürosunun xəbərinə görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan Ədalət və İnkişaf Partiyasının (AKP) Eskişəhər təşkilatında çıxışı zamanı deyib.
O bildirib ki, ABŞ tərəfindən Suriyanın şimalına, PYD/YPG terror təşkilatına yük avtomobilləri ilə silah-sursat göndərilir: “Bu yük avtomobillərinin sayı 30 mindən çoxdur. PYD/YPG terror təşkilatı kiminlə müharibə aparacaq?! Onların müharibə aparacağı yeganə ölkə Türkiyədir. Biz buna səssiz qala bilmərik”.
Türkiyə Prezidenti bu ay keçiriləcək BMT Baş Assambleyasının 74-cü sessiyası çərçivəsində ABŞ Prezidenti Donald Trampla da görüşəcəyini vurğulayıb.  





Baxış sayı: 290


Bölməyə aid digər xəbərlər