Bütün xəbərlər
Hindistan hakimiyyəti Tac-Mahalı gecə ziyarətinə açmağı planlaşdırır
Tarix: 07-09-2019 20:14 | Bölmə: Karusel

                  


Turistlərin çoxsaylı müraciətlərinə əsasən, Hindistan hakimiyyəti Tac-Mahalı gecə ziyarətinə açmağı planlaşdırır.
Trend-in məlumatına görə, bu barədə "Lonelyplanet" bildirib.
Orta hesabla Tac-Mahalı hər gün 22 min adam ziyarət edir. Bəzən bu rəqəm gündə 50 minə çatır. Bu problemi həll etmək üçün insanların məqbərədə çox uzun qalmağına görə cərimələr tətbiq olundu - içəridə üç saatdan çox qalmaq qadağandır. Ancaq indi yerli hakimiyyət gün batandan sonra turistlər üçün Tac-Mahal açmaq istəyir.
Hazırda ağ mavzoleyi ayda yalnız beş dəfə gecələr ziyarət etmək olur: bədirlənmiş aylı gecədə, ondan öncəki və sonrakı dörd gecədə.


Baxış sayı: 292


Bölməyə aid digər xəbərlər