İran Almaniyadan təyyarə alır
Tarix: 07-09-2019 20:03 | Bölmə: Karusel

                                  


İran Almaniya şirkətindən uçuşa nəzarət təyyarəsinin satın alınması ilə əlaqədar 9,9 milyon dollar dəyərində müqavilə imzalayıb.
Trend-in məlumatına görə, bunu İranın Aeroportlar və Hava Nəqliyyatı Şirkətinin icra direktoru Siyavuş Əmir Mokri deyib.
S.Əmir Mokrinin sözlərinə görə, Almaniya şirkəti ABŞ-ın İran əleyhinə tətbiq etdiyi sanksiyalara görə elan edib ki, hər bir satıcı şirkəti bu təyyarəni istehsalçı şirkətdən sifarişlə satın ala bilər.
Əmir Mokri əlavə edib ki, hazırda təyyarənin təmin olunması üçün üçüncü şirkətlə müzakirələr aparılmaqdadır və nəticə də əldə olunub.
Qeyd edək ki, ABŞ 2018-ci il noyabr ayında İrana qarşı sanksiyalar tətbiq edib və sanksiyalar siyahısını bir neçə dəfə genişləndirib.


Baxış sayı: 33


Bölməyə aid digər xəbərlər