Bütün xəbərlər
Slovakiyalı futbolçu: "Azərbaycan kimi komandalara qarşı oynamaq çətindir"
Tarix: 07-09-2019 09:52 | Bölmə: Karusel

                                           

                                                      


"Qarşılaşmaya yaxşı başlamadıq. Oyunun əvvəllərindən rəqibin imkanları oldu".
"Report" xəbər verir ki, bu fikirləri 21 yaşadək futbolçulardan ibarət Slovakiya millisinin futbolçusu Yan Bernat Azərbaycana uduzduqları (1:2) AVR0-2021-in seçmə mərhələ oyunundan sonra federasiyanın rəsmi saytına açıqlamasında bildirib.
18 yaşlı yarımmüdafiəçi deyib ki, Azərbaycan kimi komandalara qarşı oynamaq çətindir: "Bizə qarşı oynaya biləcəklərini göstərdilər. Hesabı bərabərləşdirəndən sonra yaxşı çıxış etdik. Oyunun əlavə vaxtında isə müdafiədə anlaşılmazlıq oldu və həlledici zərbə aldıq".
Ölkəsinin "Jilina" klubunda çıxış edən Bernat yığmada debüt etdiyi üçün məmnun olduğunu söyləyib. "Məğlub olduğumuz üçün məyusam".
Qeyd edək ki, Azərbaycanın U-21 komandası növbəti matçını sentyabrın 10-da "Dalğa Arena"da Gürcüstan yığmasına qarşı keçirəcək. 


Baxış sayı: 282


Bölməyə aid digər xəbərlər