Bütün xəbərlər
"Qəbələ" azərbaycanlı futbolçunu Küveyt klubuna satıb
Tarix: 23-08-2019 14:14 | Bölmə: Karusel

                                 

“Qəbələ”nin futbolçusu Kamal Mirzəyev karyerasını Küveytdə davam etdirəcək.
"Report"un məlumatına görə, 25 yaşlı yarımmüdafiəçi bu ölkənin “Əl-Salmiyə” klubuna transfer olunub. Asiya təmsilçisinin nümayəndələri 25 yaşlı yarımmüdafiəçini “qırmızı-qaralar”la avqustun 5-də keçirilən yoxlama oyununda bəyəniblər. 
“Qəbələ”nin 2:0 hesablı qələbəsi ilə başa çatan görüşdən sonra klublar arasında danışıqlara start verilib və razılıq əldə olunub. O, yeni komandası ilə birillik müqavilə imzalayıb.
Qeyd edək ki, Kamal Mirzəyev Azərbaycanın U-19, U-21 və U-23 yığmalarının şərəfini qoruyub.


Baxış sayı: 329


Bölməyə aid digər xəbərlər