Bütün xəbərlər
Polşada dağa qalxan 4 nəfəri ildırım vuraraq öldürüb
Tarix: 23-08-2019 00:35 | Bölmə: Karusel

                                      

Polşanın Tatrı dağlarına ildırım düşməsi nəticəsində ikisi uşaq olmaqla dörd nəfər həyatını itirib.
“Report” "Polskie Radio"ya istinadən xəbər verir ki, avqustun 22-də Tatrı dağlarında gözlənilmədən güclü qasırğa başlayıb.
İldırım turistlərin Qevont dağının zirvəsindəki xaça qalxdıqları trosu vurub. Nəticədə 4 nəfər ölüb, onlarla insan yaralanıb.
Qeyd olunur ki, yüngül xəsarət almış 89 nəfər Zokopane şəhərindəki xəstəxanaya göndərilib.
Hadisə yerində xilasetmə işləri davam etdirilir. Əraziyə baş nazir Mateuş Moravetskinin gəlişi gözlənilir.


Baxış sayı: 257


Bölməyə aid digər xəbərlər