Bütün xəbərlər
MiQ-29 təyyarəsinin pilotunun nəşi tapılaraq dənizdən çıxarılıb
Tarix: 20-08-2019 13:34 | Bölmə: Karusel

İyulun 24-də plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən zaman qəzaya uğrayan Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsinin pilotu polkovnik-leytenant Atakişiyev Rəşad Saləddin oğlunun nəşi və təyyarənin qalıqları tapılaraq dənizdən çıxarılıb.
Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, avqustun 21-də saat 10.00-da Silahlı Qüvvələrin Təlim-Tədris Mərkəzində hərbi pilotla vida mərasimi keçiriləcək.
Hazırda hərbi pilotun dəfninin təşkili ilə bağlı müvafiq tədbirlər həyata keçirilir.


Baxış sayı: 298


Bölməyə aid digər xəbərlər