Bütün xəbərlər
Ülvi Qənizadə dünya çempionatının finalına yüksəlib
Tarix: 18-08-2019 00:55 | Bölmə: Karusel

                                  


Estoniyanın paytaxtı Tallində gənc güləşçilər arasında dünya çempionatı sona yaxınlaşır.
Azərbaycan Güləş Federasiyasında Trend-ə verilən məlumata görə, altıncı yarış günündə 60, 67, 72, 82 və 97 kq-da çıxış edən yunan-Roma güləşçiləri mübarizəyə qoşulub.
Əsgər Əlizadə mundiala inamlı start verib. Mübarizəyə 1/8 finaldan qoşulan yığmamızın üzvü koreyalı həmkarına heç bir şans tanımayıb. Ancaq 1/4 finalda böyüklər arasında son Avropa çempionatında bürünc medal qazanmış Türkiyə pəhləvanına yenilib. Rəqib finala yüksəldiyi üçün Əsgər avqustun 18-də təsəlliverici görüşə çıxacaq.
Adəm Hacızadə debütdə Səudiyyə Ərəbistanı təmsilçisini çətinlik çəkmədən ilk hissədə tam üstünlüklə məğlub edib. Ancaq daha sonra Finlandiya idmançısıyla bacarmayıb.
Ülvi Qənizadə ilk mərhələdə prinsipial görüşə çıxıb. İlk hissədə qazandığı xallar həmyerlimizə erməni güləşçi üzərində qələbə qazandırıb. Gənclər arasında Avropa çempionu növbəti qarşılaşmada Macarıstan idmançısına vaxtından əvvəl qalib gəlib. Qənizadə iranlı pəhləvanı da üstələyərək yarımfinala vəsiqə qazanıb. Türkiyə güləşçisindən də güclü olan Ülvi adını finala yazdırıb.
Xəyal Mehtiyev debütdə ukraynalı rəqibinə uduzub.
Qeyd edək ki, təsəlliverici görüşlər avqustun 18-də saat 17:00-da, medal qarşılaşmaları isə 19:00-da start götürəcək.


Baxış sayı: 470


Bölməyə aid digər xəbərlər