Bütün xəbərlər
Zaur Əliyev dünya çempionatının finalında
Tarix: 17-08-2019 10:53 | Bölmə: Karusel

                       

Estoniyanın paytaxtı Tallində gənc güləşçilər arasında dünya çempionatı davam edir.
Trend-in məlumatına görə, beşinci yarış günündə 55, 63, 77, 87 və 130 kq-da çıxış edən yunan-Roma güləşçiləri mübarizəyə qoşulub.
Zaur Əliyev ilk görüşdə Qırğızıstan idmançısını tam üstünlüklə məğlub edib. Avropa çempionatının bürünc medalçısı 1/4 finalda Moldova təmsilçisini də ilk hissədə qazandığı xallarla üstələyərək yarımfinala yüksəlib. Yarımfinalda 2 il əvvəl yeniyetmələrin dünya çempionatının finalında qarşılaşdığı Yaponiya idmançısıyla üz-üzə gələn Əliyev revanş alıb. İlk hissədə 4 xallıq fəndi uğurla icra edən Zaur hesabdakı üstünlüyünü sonadək qoruyub və dünya çempionatının finalına vəsiqə qazanan ilk güləşçimiz olub.
Zaur Nuriyev 1/8 finalda ABŞ pəhləvanına yenilib.
Nəsir Həsənov ilk mərhələdə Belarus güləşçisinə uduzub.
Laçın Vəliyev debütdə gənclər arasında Avropa ikincisi olmuş Macarıstan pəhləvanına müqavimət göstərə bilməyib.
Sərxan Məmmədov üçün də start uğursuz alınıb. Həmyerlimiz təsnifat mərhələsində misirli rəqibiylə bacarmayıb.
Qeyd edək ki, bu çəkilərdə final qarşılaşmaları avqustun 17-də Bakı vaxtı ilə saat 19:00-da start götürəcək.
55 kq
1/8 final - Zaur Əliyev - Nurməhəmməd Abdullayev (KGZ) 8:0
1/4 final - Zaur Əliyev - Artium Deleanu (MDA) 10:0
1/2 final - Zaur Əliyev - Ken Matsui (JPN) 4:0
FİNAL - Zaur Əliyev - Ənvər Allahyarov (RUS)
63 kq
1/8 final - Zaur Nuriyev - Alston Con Nutter (USA) 9:16
77 kq
Təsnifat - Nəsir Həsənov - Mikita Kazakov (BLR) 6:8
87 kq
Təsnifat - Laçın Vəliyev - David Losonçi (HUN) 0:8
130 kq
Təsnifat - Sərxan Məmmədov - Yusif Əhməd Həmdi İssa (EGY) 1:6


Baxış sayı: 370


Bölməyə aid digər xəbərlər