Bütün xəbərlər
Bakıda mənzilə soxulan şəxs ev sakinlərini döydü
Tarix: 16-08-2019 15:48 | Bölmə: Karusel
              

Səbail rayonu ərazisindəki evlərdən birinə quldurluq məqsədi ilə girməkdə şübhəli bilinən Z.Əmirov saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, avqustun 15-də Səbail rayonu ərazisindəki evlərdən birinə aldatma yolu ilə girmiş naməlum şəxs ev sahibəsini və qonağı olan daha bir qadını bıçaqla hədələyib pul vermələrini tələb etmiş, istədiyinə nail olmadığından onları döyüb hadisə yerini tərk edib.
Səbail RPİ 8-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Z.Əmirov saxlanılıb.


Baxış sayı: 255


Bölməyə aid digər xəbərlər