Bütün xəbərlər
"Liverpul" UEFA Superkubokunun qalibi oldu
Tarix: 15-08-2019 06:43 | Bölmə: Karusel

Türkiyənin İstanbul şəhərində UEFA Superkuboku keçirilib.
Trend-in məlumatına görə, Superkubokda İngiltərənin "Liverpul" və "Çelsi" klubları qarşılaşıblar.
Oyunun əsas vaxtı 1:1 hesablı heç-heçə qeydə alınıb. Əlavə vaxtda klublar hərəsi daha bir qol vuraraq 2:2 hesabı ilə penallaşmaya yollanıblar.
Penallaşmada "Liverpul" klubu 5:4 hesabı ilə rəqibindən güclü olub və Superkubokun sahibi olub.


Baxış sayı: 248


Bölməyə aid digər xəbərlər