Bütün xəbərlər
Muğanlı-İsmayıllı yolunda yük maşını dərəyə aşıb, ölən var
Tarix: 13-08-2019 20:34 | Bölmə: Karusel


             Muğanlı-İsmayıllı yolunda yük maşını dərəyə aşıb, ölən var - YENİLƏNİB-1 - FOTO

Fövqəladə Hallar Nazirliyi Muğanlı-İsmayıllı yolunda baş verən yol qəzası ilə bağlı məlumat yayıb.
APA nazirliyin saytına istinadən xəbər verir ki, "112" qaynar telefon xəttinə, Şamaxı rayonunun Muğanlı kəndində “KamAZ” markalı yük avtomobilinin dərəyə aşması barədə məlumat daxil olub. Hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri avtomobildə sıxılmış vəziyyətdə qalan sərnişin, 2002-ci il təvəllüdlü Hüseynov Süleyman Fazil oğlunun meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.


Baxış sayı: 376


Bölməyə aid digər xəbərlər