Bütün xəbərlər
Poroşenkoya yumurta atdılar
Tarix: 12-08-2019 22:32 | Bölmə: Karusel
                                    

Ukraynanın eks-prezidenti Petro Poroşenko Dövlət Təhqiqat Bürosunda (DTB) sorğu-sual edilib.
Modern.az  "RİA Novosti"yə istinadən xəbər verir ki, keçmiş prezident Büronun binasından çıxarkən gözləmədiyi vəziyyətlə üzləşib. Belə ki, opponentləri Poroşenkoya yumurta atıblar. İnsanları sakitləşdirməyə çalışan Poroşenko jurnalistlərlə brifinq keçirəcəyini bəyan edib.
Qeyd edək ki, həmin vaxtda DTB-nin binası yaxınlığında keçmiş dövlət başçısının həm tərəfdarlarının, həm də əleyhdarlarının iştirakı ilə mitinq keçirilirmiş.
Onu da qeyd edək ki, Petro Poroşenkoya qarşı 13 cinayət işi açılıb.


Baxış sayı: 304


Bölməyə aid digər xəbərlər